Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.
Ednews xəbər verir ki, texniki nasazlıq ucbatından Laçın rayon ərazisində qalan RSK- nə məxsus avtomobilin qoşquda aparılmasına şərait yaradılıb.
Səhər saatlarından indiyədək ümumilikdə RSK- nə məxsus 7, BQXK- nə məxsus 7 avtomobilin aksiya keçirilən ərazidən maneəsiz keçidinə şərait yaradılıb.