"Yanvarın 27-si səhər saatlarında Tehrandakı səfirliyimizə terror hücumu olub. Milli Məclis İranda səfirliyimizə qarşı baş vermiş terror aktını şiddətlə qınayır".
Ednews xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova bu gün keçirilən plenar iclasda çıxışı zamanı bildirib.
“Parlament üzvləri baş verən terror aktını pisləyir və hadisənin dərindən araşdırılmasını tələb edir. Şəhidimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik”, – deyə spiker bildirib.