Rumıniya prezidenti Klaus Yohannis 2-3 fevral tarixlərində Azərbaycana səfərə gələcək.
Ednews xəbər verir ki, bu barədə Rumıniyanın rəsmi cursdeguvernare.ro saytı məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində Azərbaycandan Avropaya elektrik enerjisinin ötürülməsi, yaşıl enerji və logistika məsələləri müzakirə ediləcək.