“Zəlzələlər 10 əyalətdə böyük dağıntılara səbəb olub. Mütəxəssislər iki zəlzələni dünyada misli görünməmiş yer hərəkətləri kimi xarakterizə edirlər. Qırılan qırılmaların eni baxımından bu zəlzələlər oxşarlarına nisbətən çox böyük bir ərazidə böyük dağıntılara səbəb olmuşdur. Biz coğrafiyamızın və”.
Ednews Habertürk-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda baş verən zəlzələlərlə bağlı açıqlamasında deyib.
Ərdoğan bildirib ki, dövlətimiz bütün qurum və təşkilatları ilə zəlzələnin ilk anından səfərbərlik ruhu ilə fəlakət bölgələrində fəaliyyətə başlayıb.
“ Zədələnmiş binalarda çoxlu sayda artçı təkanların yaratdığı təhlükələr də işə mənfi təsir göstərir. Vətəndaşlarımızın dəstəyi ilə dövlətimizin bütün imkanlarından istifadə edərək axtarış-xilasetmə işlərimizi davam etdiririk”.
Türkiyə Prezidenti onu da qeyd edib ki, dağıntılar bölgəsində 53 317 zabitimiz və yardımçı heyət işləyir.
“Biz də zəlzələdən sağ çıxan fəlakət qurbanları üçün sığınacaqdan geyimə, yeməkdən istiləşməyə qədər tədbirləri mərhələ-mərhələ həyata keçiririk. İndiyədək rayona 54 min çadır və 102 min çarpayı göndərilib”.
Ayan Rzayeva