Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa Azərbaycanda səfərdədir.
Ednews xəbər verir ki, bu barədə apa.az-a Kubanın ölkəmizdəki səfirliyindən bildirilib.
Qeyd olunub ki, vitse-prezidentin səfəri çərçivəsində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasda iştirakı planlaşdırılır.