“Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu yolunda erməni silahlı birləşmələri tərəfindən təxribat törədilib. Bu hadisə üçtərəfli bəyanatın bütün müddəalarının qeyd-şərtsiz yerinə yetirilməsinin zəruriliyini göstərir”.
Ednews xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova səsləndirib.
“Təxribat nəticəsində 2 hərbçimiz şəhid olub və yaralananlar var. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik“, - deyə spiker əlavə edib.