Mişel Sison Baydenin hansı tapşırıqları ilə Azərbaycana gəlir? - “ABŞ Qafqazda sülh sazişinin bağlanmasını istəyirsə Ermənistana təzyiq göstərməlidir” – ŞƏRH - VİDEO - ednews.net

1 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Mişel Sison Baydenin hansı tapşırıqları ilə Azərbaycana gəlir? - “ABŞ Qafqazda sülh sazişinin bağlanmasını istəyirsə Ermənistana təzyiq göstərməlidir” – ŞƏRH - VİDEO

Siyasət A- A A+

ABŞ dövlət katibinin köməkçisi Mişel Sison Azərbaycana səfər edəcək.  Nəzərə alsaq ki, bu səfər post-sovet məkanında ancaq Azərbaycana nəzərdə tutulub. Bu da səfərin əhəmiyyətini xeyli artırır. 

Blinkenin İranın Azərbaycana qarşı təxribatlarına qarşı açıqlamasından sonra bəllidir ki, görüşdə əsas müzakirə İranın Azərbaycana qarşı artan təhdidləri qarşısında ABŞ-ın ölkəmizə verə biləcəyi dəstəyi olacaq. Digər məsələlər Ermənistanla Azərbaycan arasında imzalanması ləngidilən sülh sazişi, Avropa İttifaqının eneji təhlükəsizliyi məsələlərinin müzakirə olunması da gözlənilir.

Mişel Sison Baydenin hansı tapşırıqları ilə Azərbaycana gəlir? Görüş iki ölkəyə hansı prioritetləri verəcək və iqtisadi və siyasi əlaqələr necə qurulacaq?

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Ednews-a geniş şərh bildirib. O, qeyd edib ki, bu səfər ikitərəfli münasibətlərlə əlaqəlidir. Çünki ABŞ Azərbaycanın həm Qafqaz bölgəsində, həm Avrasiya məkanında tutduğu mövqeləri dəstəkləyir. Lakin ABŞ-ın daha bir gözləntisi ondan ibarətdir ki, Ermənistanla münasibətlərdə Azərbaycan tərəfi bir qədər yumşaq mövqe tutsun. 

“Bu da əslində aktuallıq kontekstində düzgün görünmür. Faktiki olaraq ABŞ Rusiyanı Qafqazda sıxışdırıb. Burdan çıxarmaq fürsətini güdür. Bu ilk növbədə Azərbaycan-Ermənistan qarşıdurmasının tənzimlənməsi ilə əlaqəlidir. Rusiyanın moderatorluğu bir qədər Qərbi qane etmir. Digər tərəfdən isə Ukrayna hadisələridən sonra ümumiyyətlə, ABŞ çalışır ki, Rusiyanın mövqelərini məhdudlaşdırsın. Ona görə də hesab edirəm ki, Azərbaycan Ermənistanla münasibətlərinə bir qədər yumuşaq mövqe tutsun”. 

Politoloqun sözlərinə görə bölgəyə xüsusi müşahidəçilər qrupu gələcək. Onlar həm də Avropa İttifaqını burda təmsil edən, Ermənistanda yerləşən özünəməxsus, qondarma müşahidəçi qrupunun köməyinə gəlir. 

“Bunu ABŞ heç də gizlətmir. Nəzərə alsaq ki, Azərbaycan müşahidəçilər missiyasını qəbul etmir. Heç ölkəyə də buraxmır. Azərbaycanın öz yanaşması və məsələlərə münasibəti dəyişilməz olaraq qalacaq. Bu məsələlərdə bizə təzyiq göstərmək heç bir efekt verməyəcək. Çünki Azərbaycan dünyanı xəbərdar edir ki, Ermənistan oyun qaydalarını ciddi və təhlükəli şəkildə pozur. Digər tərəfdən əgər ABŞ və ya birləşmiş Qərb Qafqazda sülh sazişinin bağlanmasını istəyirsə gərək Ermənistana təzyiq göstərsin”. 

T.Abbasov sonda əlavə etdi ki, əsas məsələlərdən biri isə İrandır. Bu yaxınlarda senatda söhbətlər olub. Təkilflər səslənib ki, Azərbaycanın İranla olan sərhədləri gərək möhkəmləndirilsin. Çünki İran ölkəmizə qarşı təhdidlər törədir. Amma mən elə başa düşürəm ki, burda daha çox nüvə silahının hazırlanması ilə bağlı artıq ABŞ hərəkətə gəlib. 

“İsrailin daxilində vəziyyət gərgin olsa da, ölkənin Baş naziri Benyamin Netanyahu İranın nüvə proqramını öz xarici siyasətinin əsas elementinə çevirib. Hətta o, bildirir ki, heç vaxt İranda nüvə silahının olması ilə barışmayacaq. Bu iş üçün də istənilən vasitədən istifadə edəcək. Bu məsələ beynəlxalq gündəlik siyasi məsələlərə daxil olur. Bəlli olduğu kimi, 2-3 həftədən sonra İran nüvə komponentini hazırlaya bilər. Bunun qarşısını alsınlar deyə daha sərt metodlar istifadə olunsun. Baydenin hansı tapşırıqlar verəcəyi bəlli olmasa da, belə başa düşürəm ki, o, cənab Prezident İlham Əliyevlə danışacaq. Ola bilsin bu söhbətlərdə xüsusi müzakirələr olsun”.  

Oğuz



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...