Bu gün Finlandiya NATO-nun 31-ci üzvü olur

Siyasət 09:18 04.04.2023
Finlandiyanın NATO-ya qəbulu ilə bağlı rəsmi mərasim bu gün təşkilatın Brüsseldəki mənzil-qərargahında keçiriləcək və həmin gün alyansın xarici işlər nazirlərinin planlaşdırılan ikigünlük iclası açılacaq.
 
Ednews xəbər verir ki, Finlandiya NATO-ya İsveçlə birgə daxil olmaq niyyətində olsa da, Stokholm Ankaranın Türkiyədə terrorçuluqda ittiham olunan şəxslərin ekstradisiyası ilə bağlı bütün tələblərini hələ də yerinə yetirmədiyi üçün Türkiyə krallığın Alyansa girişini əngəlləməkdə davam edir.
 
İlk olaraq alyansın bütün ölkələrinin xarici işlər nazirləri Finlandiyanın qəbul protokollarının ratifikasiya olunmuş əsillərini ABŞ-nin dövlət katibi Entoni Blinkenə (ABŞ NATO-nun bütün sənədlərinin saxlancıdır) təhvil verəcəklər, daha sonra mənzil-qərargahın qarşısındakı 31-ci bayraq dirəyində Finlandiya bayrağı qaldırılacaq, təntənəli çıxışlar ediləcək.
 
Qeyd etmək lazımdır ki, Finlandiyanın NATO-ya üzvlüyü hərbi blokun yaxın keçmişində ən mühüm hadisələrdən biridir.
 
Finlandiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq neytrallıqdan əl çəkib və Alyansa üzv olmaq qərarına gəlib.
 
İsveç də NATO-ya üzv olmaq üçün ərizə verməklə uzunmüddətli neytrallıq öhdəliyindən imtina edib.
 
Rusiyanın Ukraynaya təcavüzü 1949-cu ildə sovet təhlükəsindən müdafiə məqsədilə yaradılan Şimali Atlantika Müqaviləsi Təşkilatına yeni təkan verib.
 
ABŞ-nin keçmiş prezidenti Donald Trampın dövründə Əfqanıstandakı uğursuzluqlar və daxili ixtilaflardan, eyni zamanda Fransa Prezidenti Emmanuel Makronun NATO-nun “beyinləri ölür” iddialarından və Çinin artan ambisiyalarından sonra Rusiyanın işğalı durğunluqda olan ittifaqın özünəgüvənini, deyəsən, qaytarıb.
 
Finlandiyanın NATO-ya qəbulu hansı dəyişiklərə yol açacağı məsələsinə gəldikdə, demək olar, çox şey yerində qalacaq. Köklü yeniliklər olmayacaq: Finlandiya 1994-cü ildə NATO-nun rəsmi tərəfdaşı olub, Alyansın orduları ilə sıx əlaqə saxlayır, onun bütün texniki və institusional tələblərinə cavab verir.
 
Əsas dəyişiklik Şimali Atlantika Müqaviləsi üzrə NATO-nun bir dövlətinə hücumu bütün alyansa hücum kimi qiymətləndirən beşinci maddədir.
 
“Prezident Putinin ən mühüm siqnallarından biri... NATO-nun daha da genişlənməsinə qarşı olması idi. O, daha kiçik bir NATO istəyirdi. İndi prezident Putin öz sərhədlərində daha çox NATO əldə etmiş oldu”, - NATO-nun Baş katibi Stoltenberq qeyd edib.
 
Şübhəsiz ki, Baş katibin fikirləri mübahisə olunmazdır: Finlandiya ilə Rusiya arasındakı quru sərhəd 1 300 km-dən çoxdur. Üstəlik, məhz Finlandiya ilə həmsərhəd ərazilərdə Rusiyanın qitələrarası ballistik raketlərinin strateji bazaları və Şimal Donanmasının bazaları cəmləşib.
 
Bundan başqa, bu bazaların təminatı bir dəmir yolu xətti və bir magistral yolu ilə gerçəkləşdirilir. Bu, Alyansın qüvvələrinə bu təchizat xəttini təqribən 500 km məsafədə istənilən yerdə kəsmək üçün nəzəri imkan verir.
 
2022-ci ilin yanvarında Moskva NATO-dan Şərqə doğru genişlənmədən imtina etməyi, keçmiş sovet ölkələrini, o cümlədən Ukraynanı alyansa qəbul etməməyi, onlarla hər hansı hərbi əməkdaşlıqdan vaz keçməyi, həmçinin NATO qoşunlarını Mərkəzi və Şərqi Avropa, həmçinin Baltikyanı ölkələrin hələ Alyansa qoşulmadığı 1997-ci ildəki mövqelərə qaytarmağı tələb edib. Lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi əks-effekt verdi.
 
Bununla belə, Rusiyanın baş verənlərə reaksiyası gözləniləndən daha sakit olub. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Finlandiya və İsveçin NATO-ya daxil olmasına Rusiyanın cavabı alyansın infrastrukturunun genişlənməsindən asılı olacaq. Putinin sözlərinə görə, “heç nədən problemlər yaradılsa da”, Rusiyanın Ukraynadan fərqli olaraq İsveç və Finlandiya ilə “problemi yoxdur”.
 
“Bizim nə Finlandiya, nə də İsveçlə ərazi mübahisəmiz var, halbuki Ukrayna potensial olaraq NATO-ya üzv ola bilər və o zaman Rusiya ittifaqda olan dövlətlə ərazi mübahisəsi yaşayar ki, bu da bütün qitə üçün nəhəng risklər daşıyır”, - Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb.
 
Ekspertlərin fikrincə, Putin üçün NATO həmişə hərbi-strateji yox, mahiyyətcə geosiyasi-tarixi problem olub. Belə ki, Putin NATO-nun Rusiyanın təsir məkanı və ya “tarixi” saydığı ərazilərdə (hazırkı dönəmdə söhbət başda Ukrayna olmaqla Gürcüstan və Moldovadan gedir) genişlənməsini qəbuledilməz hesab edir. Bununla belə, mütəxəssislərin qənaətincə, Rusiya liderini hərbi blokun Qərb daxilində genişlənməsi o qədər də narahat etmir.
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Hamısı