Politoloq: “Azərbaycan bayrağına qarşı törədilən təxribat Paşinyanın kabinetində hazırlanıb”

Siyasət 11:40 19.04.2023

“Ermənistanın baş naziri Nikol Paşinyan yenə də ənənəsinə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konkret mövqe ortaya qoymayıb. O, bildirib ki,  beynəlxalq ictimaiyyət Ermənistanın ərazi bütövlüyünü tanısa, biz də Azərbaycanın ərazi bütövlüyünü tanıyacağıq. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərini təkrar etməlidir. Onlar Qarabağın adını çəkməməlidirlər”.

Bu sözləri Ednews-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib. Onun sözlərinə görə, Paşinyanın ciddi psixoloji problemləri var: 

“Paşinyan çıxışlarında tez-tez “beynəlxalq ictimaiyyət” ifadəsini işlədir. Amma bilinmir ki, bu zaman erməni baş nazir konkret hansı qurumları nəzərdə tutur. Beynəlxalq təşkilatlar, BMT ölkələrin ərazi bütövlüyünü tanıyırlar. Ermənistanın da ərazisi bəllidir. Belə olan halda Paşinyan qeyd-şərtsiz olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımalı və buna hörmət etməlidir. Özünü dünyaya sülh tərəfdarı kimi təqdim edən Paşinyan bunu əməlində təsdiq etməlidir. Bir neçə gün öncə İrəvanda onun da açılışında iştirak etdiyi beynəlxalq idman yarışında Azərbaycanın bayrağı yandırıldı. Mən başa düşürəm ki, 44 günlük Vətən Müharibəsində aldıqları sarsıdıcı zərbə erməni toplumunda ağır psixoloji izlər buraxıb. İndi onların gücü bayraq yandırmağa, dumanlı havada yolunu azaraq Ermənistana keçmiş gənc əsgərlərə işgəncə verməyə çatır. “Bayraq yandırmaq” müharibədə uduzmuş əzik toplumlar üçün xarakterik “peşədir”. Maraqlıdır ki, hətta torpaqlarımız işğal altında olan dövrdə biz Bakıda keçirilən yarışlarda ermənilərin bayraqlarını yandırmadıq. Özümüzü çox soyuqqanlı apardıq. Ermənilər bu kompleksdən çıxa bilmirlər. Hətta ölkənin baş nazirinin iştirak etdiyi tədbirdə ona qarşı saymazyanalıq edirlər. İrəvanda bayrağımızın yandırılması, həmçinin Türkiyə bayrağı ilə birgə cırılaraq asılması Ermənistanın əsl simasını göstərir. Əgər Paşinyanın erməni cəmiyyətində hörməti olsaydı, heç kəs orada bu cür təxribata əl atmazdı. Paşinyan Ermənistan dövlətinin timsalında beynəlxalq yarışın təhlükəsizliyinin qarantıdır. Amma üzərinə düşən görəvi yerinə yetirə bilmədi. Bayrağı yandıran erməni əslində Paşinyanı təhqir etdi. Beynəlxalq idman qurumları İrəvanda baş vermiş o biabırçılığı beynəlxalq idman yarışına kölgə salan fakt kimi qiymətləndirdilər. Əgər Ermənistan hökuməti Azərbaycanla sülh müqaviləsi bağlamaqda səmimidirsə, bunu praktikada sübut etməlidir. Bayrağımıza hörmətsizlik edən şəxslər məsuliyyətə cəlb edilməlidir. Əks təqdirdə belə təəssürat yaranır ki, baş verən təxribat Paşinyanın kabinetində hazırlanıb”.

Politoloq onu da qeyd etdi ki, Ermənistan Azərbaycanla sərhəddə təxribat xarakterli əməllərdən imtina etməlidir: 

“Paşinyanın dedikləri ilə Ermənistanda Azərbaycana qarşı atılan addımlar üst-üstə düşmür. Unutmasınlar ki, bugünki, Azərbaycan ordusu nəinki 1992-1993-cü illər, hətta 2020-ci ildə Zəfər qazanmış ordumuzdan daha güclüdür. Ordumuzun güclənməsi üçün son iki ildə böyük işlər görülüb. Ordumuz baş verə biləcək bütün neqativ hallara qarşı hazırlıqlıdır”.

Oğuz

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı