ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial mediadakı paylaşımı birmənalı qarşılanmayıb.
Ednews xəbər verir ki, səfirlik paylaşımında Azərbaycanın Laçın yolunun başlanğıcında nəzarət məntəqəsi qurmasından təəssüfləndiyini bildirib.
Paylaşım ciddi etirazla qarşılanıb.
Bir sıra tanınmışlar rəy yazaraq bildiriblər ki, oxşar şeyi biz də tələb edirik - Meksika ilə sərhədi açın, insanlar sərbəst şəkildə gedib-gəlsinlər.