Avropa Şurası Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşlərin cədvəlini açıqlayıb.
Ednews xəbər verir ki, bu barədə Avropa Şurasının rəsmi saytında məlumat dərc edilib.
Qeyd olunub ki, bu gün Bakı vaxtı ilə saat 19:00-da Şarl Mişel Nikol Paşinyanla görüşəcək.
Mişel və İlham Əliyev görüşü sabah saat 09:00-a, Mişel, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşü isə saat 13:00-a planlaşdırılıb.