“Qoy indi ermənilər hamıya nağıl danışsınlar ki, 1991-ci ildə “Dağlıq Qarabağ” Azərbaycandan necə kəsilib”.
Ednews xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə feysbuk hesabında paylaşıb.
Siyasi analitik qeyd edib ki, Avropa İttifaqınin saytında 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə görə və Ermənistanın -29,8 min kvadrat kilometr və Azərbaycanın ərazisi isə 89,6 min kvadrat kilometr əvəzinə 86,6 min kvadrat kilometr göstərilməsi erməni seqmentini sevindirib.
“Aİ-nin saytında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hərf səhvi düzəldilib və əvvəllər qeyd olunan 89,6 min kvadrat kilometr əvəzinə 86,6 min kvadrat kilometr göstərilib. Beləliklə, qeyd edirik ki, Çarlz Mişel əslində Paşinyanın bitirmədiyi bir şey deyib. Daha doğrusu, o, onun üçün Azərbaycan ərazisinin, o cümlədən Qarabağ bölgəsinin, habelə eksklavların Azərbaycanın tərkib hissələri kimi böyüklüyünü təsdiqləyib”.
Qeyd edək ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair açıqlamasında bildirib ki, iki ölkənin liderləri 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın (29,8 min kvadrat kilometr) və Azərbaycanın (86,6 min kvadrat kilometr) müvafiq ərazi bütövlüyünə sadiq olduqlarını bir daha təsdiq ediblər.
Aysel Şahmar