Ermənistan 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqləyib - ednews.net

10 İyun, Şənbə

(+994 50) 229-39-11

Ermənistan 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqləyib

Siyasət A- A A+

Ermənistanın Müdafiə Nazirliyi 2 diversantının Azərbaycan ərazisinə keçdiyini təsdiqləyib.

Ednews xəbər verir ki, bir qədər əvvəl diversantların Azərbaycan ərazisinə keçdiyi təkzib edilirdi. Lakin Azərbaycan DSX-nin açıqlamasından sonra fakt etiraf edilib.

Qeyd edək ki, ötən axşam bir qrup erməni diversantı Zəngilan istiqamətində Azərbaycanın dövlət sərhədini yarıb keçməyə cəhd edib. Ordumuz tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib və iki diversant saxlanılıb.

DSX-dən APA-ya verilən xəbərə görə, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçuların sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülmüş və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılmışdır.

Diversiya qrupunun digər üzvləri ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək geri qaçıblar.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...