Azərbaycanda xüsusi karantin rejimi oktyabrın 2-dək uzadılıb. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qeyd edək ki, bundan əvvəl karantinn müddəti 1 iyula qədər nəzərdə tutulmuşdu.
Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin mart ayından etibarən tətbiq edilir.
ÜST pandemiyanın başa çatdığın elan etsə də niyə Operativ Qərargah vaxtı uzatmaqla məşğuldur? Niyə digər ölkələr kimi cərimələri ləğv etmirik?
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı Ednews-a dedi ki, bu gün dünyada müəyyən proseslər gedir və problemlər qalmaqdadır:
“Bu gün biz deyə bilmərik ki, pandemiya təhlükəsi tamamilə aradan qalxıb. Hələ də bir sıra ölkələrdə problemlər var. Amma ciddi şəkildə azalma da özünü göstərir. Düşünürəm ki, quru sərhədlərin açılması doğru qərar olmaz. Sərhədlərin bağlı qalması məsələsi, təkcə pandemiya ilə bağlı deyil, həm də təhlükəsizlik məsələsidir. Əlaqələrimiz olan ölkələrlə sərhədlər açıla bilər. Amma birdən-birə bütün ölkələrlə sərhədlərin açılması bizə başqa problemlər yarada bilər. Regionda, dünyada müharibə var, qarşıdurma gedir. Ona görə də biz bu məsələlərdə tələsməməliyik.
Cərimələrin ləğvi məsələsinə gəldikdə isə bu barədə mən fərqli düşünürəm. Hesab edirəm ki, bu, gələcəkdə vətəndaşlarda arxayınlıq yaradacaq. Belə bir nümunə yarandığı təqdirdə gələcəkdə pandemiya baş verərsə və ya hansısa xoşagəlməz hal baş verərsə, insanlarda arxayınlıq yaradacaq. Əgər kimsə səhv edibsə, kimsə yanlışa yol veribsə, günahı varsa, mütləq cəzasını almalıdır. Cərimələrin ləğvi yeni bir yanaşma formalaşdıracaq və insanların məsuliyyət hissini azaldacaq".
Oğuz