Paşinyan niyə sülh müqaviləsindən qaçır? ŞƏRH

Siyasət 10:00 10.07.2023

Ermənistan Baş naziri Nikol Paşinyan həm Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürmədiyini iddia edir, həm də deyir ki, sülh müqaviləsinin mətni imzalaması üçün hazır deyil. Vəziyyət belədirsə, proses hansı istiqamətə dönə bilər?

Mövzu ilə bağlı Ednews-a ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli bildirdi ki, Ermənistan tərəfindən Zəngəzur dəhlizi ilə bağlı manipulyasiyalar davam edir. Çünki 10 noyabr sazişində “kommunikasiyaların qarşılıqlı açılması” ifadəsi yer alıb: 

"Sənəddə sadəcə “Zəngəzur dəhlizi” sözü yoxdur. Amma kommunikasiyaların açılması məsələsi var. Paşinyan və komandası da söz oyununa gedərək, orada belə yazılmadığını deyərək, bundan bəhanə kimi istifadə edirlər. Bu cığallıqdır. Ermənistan Azərbaycanla Naxçıvan bölgəsi arasında kommunikasiyaların açılması öhdəliyi götürüb. İndi boyun qaçırmağa çalışırlar, amma bəhanələrə yer yoxdur. Azərbaycanın hüquqi və siyasi mövqeyi daha güclüdür. Beynəlxalq güclərin mövqeyində də Azərbaycanın bu məsələdə haqlı olduğunu ehtiva edən məqamlar var".

Onun sözlərinə görə, Avropa Birliyi ölkələrindən, ABŞ və hətta Rusiyadan da bölgədə kommunikasiyaların açılmasının önəmi dəfələrlə vurğulanıb: 

"Ona görə də, Azərbaycanın mövqeyinin daha güclü olduğunu düşünürəm. Sadəcə Ermənistan “Zəngəzur” və “dəhliz” ifadələrinin yer aldığı müqavilədən qaçmağa çalışır. Dərin getsək, heç bunların Azərbaycan üçün əhəmiyyəti də yoxdur. Çünki Naxçıvana gedən yolda hansısa problem yaranacaqsa, Azərbaycan “güzgü effekti” ilə eyni problemləri Laçın yolunda yarada bilər. Belə bir duruma qarşı Azərbaycanın üstünlükləri və imkanları genişdir.

Sülh müqaviləsinə gəlincə, bu prosesin uzanmasının səbəbləri bəllidir. Səbəbləri təkcə Ermənistanla bağlı deyil, Rusiya “problemləri həll edən yeganə mərkəz” rolundan çəkilmək istəmir. Rusiya Brüssel və Vaşinqtonda əldə edilmiş irəliləyişləri baltalamaqla məşğuldur. Yaxınlarda ABŞ-ın Ermənistandakı səfirinin yaxşı bir açıqlaması oldu. O, Xankəndi və ətrafında yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının vacibliyindən danışdı. Bu da Ermənistanda səs-küyə və etirazlara səbəb oldu. ABŞ-ın məqsədi tezliklə sülhün bərqərar olması, Xankəndi və ətrafında yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasına nail olmaqdır. Rusiya isə bunu istəmir. Çünki belə bir şey baş versə, Rusiyanın oradakı sülhməramlılarının gələcək fəaliyyəti sual altında qalacaq".

N.Cəfərli sonda qeyd etdi ki, Ermənistan israr edir ki, Xankəndi və ətrafı ilə bağlı məsələ sülh müqaviləsində yer alsın: 

"Ermənistan bu israrı ilə prosesi uzatmağa çalışır. Ona görə də, böyük sülh sazişi olmasa da, il ərzində bunun imzalanmasına zəmin yaradacaq başqa protokollar ola bilər. Bunlardan biri ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması protokolu ola bilər. Artıq bu, Azərbaycan və Ermənistan tərəfindən sözdə bəyan edilib. Kommunikasiyaların maneəsiz açılması, sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlı protokollar ola bilər. Yəni müxtəlif protokolların imzalanması mümkündür ki, bunlar da böyük sülh sazişinin onurğa sütununu təşkil edəcək".

Oğuz 

Bakıda restoranın fəaliyyəti dayandırıldı - VİDEO

Xəbər xətti

İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar cərimələnəcək
12:03 14.02.2025
Üzərinə həbs qoyulan əmlakla bağlı qaydaları Nazirlər Kabineti təsdiqləyəcək
12:01 14.02.2025
Ağdamda yük maşını minaya düşüb
11:26 14.02.2025
Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
10:56 14.02.2025
Ağdamın Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlandı
10:19 14.02.2025
Hikmət Hacıyev televiziya işçilərini təbrik etdi
10:03 14.02.2025
USAID terrorçuları da maliyyələşdirirmiş - 335 milyard dollarlıq korrupsiya
09:47 14.02.2025
ABŞ Hindistana F-35 tədarük edəcək
00:25 14.02.2025
Ukrayna nüvə silahı əldə edəcək?
00:05 14.02.2025
Sevgililər günündə 3 bürcün qəlbi qırılacaq
00:01 14.02.2025
"Ukraynada müharibə Baydenin sözünə görə başlayıb"
20:42 13.02.2025
Meksika "Google"u məhkəməyə verəcək
20:15 13.02.2025
“Azpulmat” və “Manato”ya borcu ödəməyənləri nə gözləyir?
19:30 13.02.2025
Quipu barədə nə bilirik?
18:24 13.02.2025
"Texnologiyanın 30 ildə bəşəriyyəti məhv etmə ehtimalı yüksəkdir" - Süni intellektin "atası”
17:34 13.02.2025
Çin Avstraliyaya xəbərdarlıq etdi
17:20 13.02.2025
Aİ-nin Rusiyaya qarşı sanksiyaları davam edəcək
17:02 13.02.2025
“Google” Polşa vətəndaşlarının süni intellektlə işləməyi öyrənməsi üçün 5 milyard dollar ayıracaq
16:38 13.02.2025
Modi Mask ilə görüşmək istəyir
16:35 13.02.2025
Müharibə başlayandan bəri Azərbaycana iki milyona yaxın Rusiya və Ukrayna vətəndaşı gəlib
16:02 13.02.2025
Səfərbərlik Xidmətinin bəzi əməkdaşları təltif olundu
15:30 13.02.2025
Samir Şərifova daha bir vəzifə verildi
15:28 13.02.2025
Maqsud İbrahimbəyovun 90 illiyi qeyd olunacaq
15:26 13.02.2025
"Hazırkı şərait Zelenskini pis vəziyyətdə qoyur"
15:22 13.02.2025
Tramp "Şimal-Cənub" dəhlizini bloklayır
15:21 13.02.2025
AKP "Qəzza Türkiyəyə birləşməlidir" fikrinə münasibət bildirdi
15:11 13.02.2025
Teymur Rəcəbov Azərbaycan çempionatında mübarizəni dayandırdı
14:25 13.02.2025
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır?
14:04 13.02.2025
"Rusiyada azərbaycanlılara məxsus bazarların bağlanması barədə xəbərlər həqiqət deyil"
13:37 13.02.2025
Rəsmi Moskva ABŞ ilə danışıqların aparmaq üçün qrup yaradır
13:30 13.02.2025
"Sputnik" və BBC-nin Azərbaycan nümayəndəlikləri bağlanır
12:49 13.02.2025
İlyas Yalçıntaş cərimələndi
12:37 13.02.2025
"Avropa Parlamentinin qətnaməsi Gürcüstana qarşı növbəti hücumdur"
12:08 13.02.2025
"ƏDV ödəyicilərinin sayında üç dəfəyə yaxın artım var"
12:07 13.02.2025
HPV peyvəndi pulsuz olacaq
11:46 13.02.2025
"Qalatasaray" - "Fənərbağça" görüşünü əcnəbi hakim idarə edəcək
11:38 13.02.2025
Azərbaycan Ermənistandan tam təzminat tələb edir
11:31 13.02.2025
Tramp Kiyevsiz sülh planı hazırlayır?
10:54 13.02.2025
Keçmiş nazir axtarışa verildi
09:33 13.02.2025
"Onların hamısını alaq otu kimi məhv etmək lazımdır"
09:01 13.02.2025
Hamısı