Rusiya Ağdam-Xankəndi yolu ilə Qarabağ ermənilərinin təchizatına nə üçün qarşı çıxır?

Siyasət 12:08 18.07.2023
Yunus Oğuz: "Çünki Ağdamdan həm Qarabağ erməniləri, həm də sülhməramlılar üçün ərzaq və digər təminat vasitələri göndəriləndə real say ortaya çıxacaq"
 
Ednews Olaylar saytına istinadən xəbər verir ki, Ötən həftə sonu Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşündə müzakirə edilən məsələlərdən biri də Xankəndinə Ağdam vasitəilə humanitar yardımların çatdırılması olub. Paralel olaraq Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının təchizatının da məhz Ağdam-Xankəndi yolu ilə təmin edilməsi təklif olunur.  Azərbaycan tərəfinin təqdim etdiyi və ən optimal variant hesab edilən bu yolla Qarabağın erməni sakinlərinə humanitar yardımların çatdırılmasına Ermənistan tərəfi qarşı çıxır. Hər halda Brüssel görüşündən sonra İrəvandan sözügedən məsələyə verilən reaksiyalar belə deməyə əsas verir. Maraqlısı isə odur ki, Ermənistanla paralel olaraq Rusiya da Azərbaycan tərəfinin təklif etdiyi Ağdam-Xankəndi yolu variantına qarşı çıxır. Həm Ermənstan, həm də Rusiyanın Azərbaycanın təklifinə qarşı çıxmasının səbəbi barədə danışan yazıçı-publisist, "OLAYLAR" qəzeti və eyniadlı agentliyin rəhbər Yunus Oğuz bildirib ki,  Moskva və İrəvanın Bakının təklifinə qarşı çıxması başadüşüləndir: "Çünki həmin yolla həm Qarabağın erməni sakinlərinin, həm də Rusiya sülhməramlılarının təminat və təchizatı həyata keçirilən zaman aydın olacaq ki, Xankəndində nə qədər erməni yaşayır. Sözdə 120 min desələr də, əslində reallıqda bu say qat-qat aşağıdır. Həmçinin, sülhməramlıların sayı 1960 nəfərdən çox olduğu üçün saylarının bilinməsini istəmirlər. Çünki Ağdamdan həm Qarabağ erməniləri, həm də sülhməramlılar üçün ərzaq və digər təminat vasitələri göndəriləndə real say ortaya çıxacaq. Ona görə də həm Ermənistan, həm də Rusiya Ağdam-Xankəndi yolu ilə təchizat-təminat prosesinin həyata keçirilməsini istəmir. Ona görə də ciddi şəkildə Bakının bu təklifinə etiraz edirlər".
 
Yunus Oğuz hesab edir ki, Azərbaycan dövləti maksimum dərəcədə buna çalışıb nail olmalıdır ki, təchizat Ağdamdan həyata keçirilsin.
 
Rəsmi Bakının dirənişi qarşılığında Rusiyanın Azərbaycana qarşı daha aqressiv mövqe nümayiş etdirmə mümkünlüyünə gəlincə, Yunus Oğuz deyib ki, Rusiya onsuz da Azərbaycana qarşı aqressiv mövqe ortaya qoyur: "Separatçıları silahlandırır. Onları Azərbaycana qarşı körükləyir. Azərbaycan Ordusunun mövqelərinin müntəzəm olaraq Qarabağdakı separatçılar tərəfindən atəşə tutulması da məhz Rusiyanın separatçıları körükləməsindən irəli gəlir".
 
Yunus Oğuz bildirib ki, son günlər separatçıların Xankəndində keçirdikləri aksiyalarda da Rusiyanın əli var: 
 
"Rusiya istəmir ki, Cənubi Qafqazdan çıxsın. Çünki sülhməramlılar Qarabağdan çıxan kimi , növbə Rusiyanın Ermənistandakı hərbi bazasının bu ölkədən çıxarılmasına gələcək. Bununla da Cənubi Qafqaz Rusiyanın asılılığından xilas olmuş olacaq. Rusiya isə öz növbəsində bu prosesin qarşısını almaq üçün öz planlarını həyata keçirir və bundan sonra da öz məkrli planlarını davam etdirəcək. Ancaq biz də öz növbəmizdə buna hazır olmalıyıq".
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Hamısı