“Azərbaycana səfər etməkdən və Prezident İlham Əliyevlə Bakıda görüşməkdən məmnunluq duyuram”.
Ednews xəbər verir ki, bunu İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani tvitter səhifəsində yazıb.
"Prezidentə səmimi qarşılanma üçün təşəkkür edirəm, Kürdüstan regionu və İraq ilə Azərbaycan arasındakı əlaqələrin inkişafını səbirsizliklə gözləyirəm", - o qeyd edib.
Qeyd edək ki, İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.