Rusiya sülhməramlı kontingentinin çiynində çətin sülhməramlı vəzifə durur ki, bu da təbii ki, yer üzündə sülh yolu ilə nizamlanmanı istəməyən müəyyən qüvvələrin müqaviməti ilə çətinləşir.
Bu barədə Ednews-la rusiyalı politoloq Aleksey Naumov söhbətləşib.
"Şübhəsiz ki, o, Rusiya Federasiyası üçün, xüsusən də 2022-ci ilin fevralında imzalanmış müttəfiq qarşılıqlı fəaliyyət haqqında bəyannamə kontekstində vacibdir. Biz başa düşürük ki, bu, hazırda ən prioritet xarici siyasət vəzifələrindən biridir nəzərə alsaq ki, Azərbaycan mühüm tərəfdaşdır, Rusiyanın mühüm tranzit məntəqəsidir, eyni zamanda, əslində Azərbaycan dünyaların kəsişməsidir. Şübhəsiz ki, Rusiya Azərbaycanla mehriban qonşuluq, müttəfiqlik münasibətlərinin qurulmasına böyük diqqət yetirir", - politoloq bildirib.
"Biz başa düşürük ki, indi Azərbaycan-Ermənistan əlaqələrinin nizamlanması ilə bağlı çətin vəziyyət var. Biz başa düşürük ki, Azərbaycan torpaqlarında separatçılarla bağlı mürəkkəb vəziyyət var və biz başa düşürük ki, Rusiya sülhməramlı kontingenti hazırda çətin vəziyyətdədir. Onun çiyinlərində sülh qurma üzrə mürəkkəb vəzifə dayanır ki, bu da, şübhəsiz ki, yer üzündə sülh yolu ilə nizamlanmaq istəməyən, əmin-amanlıq istəməyən bəzi qüvvələrin müqaviməti ilə çətinləşir". – deyə o əlavə etdi.
"Düşünürəm ki, bu, birbaşa Rusiya diplomatının gəlişində belə bir gecikmənin səbəbidir. Mən şadam ki, bu gəliş baş tutdu, Azərbaycan Respublikasının Xarici İşlər Naziri ilə görüş keçirildi və ikitərəfli qarşılıqlı fəaliyyətin vacib məsələləri ilə bağlı məsləhətləşmələr aparıldı. Bunda qəribə və ya təhlükəli bir şey görmürəm." - o, yekunlaşdırdı.
Nurlana