Avstriyanın baş naziri Karl Nehammer Türkiyənin Avropa İttifaqı (Aİ) ilə praktiki olaraq dondurulmuş danışıqlar prosesinin dayandırılmalı olduğunu müdafiə edib.
Ednews “welt” nəşrinə istinadən xəbər verir ki, Avstriya kanslerinin sözlərinə əsasən Avstriya Ankara ilə Brüssel arasında yaxınlaşmanın davam etdirilməsinin tərəfdarıdır, lakin Türkiyənin Aİ-yə tamhüquqlu üzvlüyü təsəvvür edilə bilməz .
Türkiyə ilə Aİ arasında yeni tərəfdaşlığın qurulmasının vacibliyi barədə fikirlərini bildirən Avstriya lideri qeyd edib ki, bu tərəfdaşlıq iqtisadi və siyasi məsələlərdə qarşılıqlı etimad və əməkdaşlığa əsaslanmalıdır.
“Bir-birimizə qarşı dürüst olmağımız vacibdir. Bunun bir hissəsi də illərdir dondurulmuş üzvlük danışıqlarına rəsi olaraq son qoymaq və iki qonşunun əməkdaşlığını yaxşılaşdırmaq üçün yeni konsepsiya hazırlamaqdır”.
Qeyd edək ki, Türkiyə 1999-cu ildə Aİ-yə üzvlük üçün rəsmi müraciət edib. 2005-ci ilin dekabrında başlayan danışıqlar Türkiyədə "qanunun aliliyi və insan haqlarının mənfi kursu" səbəbindən dayandırılıb.
Xəyal Ramiz