“Ukrayna və Gürcüstana öz ərazilərini terrorçulardan təmizləməyə icazə verilir, lakin Azərbaycana olmaz?”
Ednews xəbər verir ki, bunu ABŞ Hərbi-Dəniz Donanması Ali Məktəbinin müəllimi, xarici siyasət üzrə ekspert Brenda Şaffer "X" sosial şəbəkəsindəki səhifəsində postsovet məkanında müxtəlif geosiyasi münaqişələrlə bağlı ölkə mediası və beyin mərkəzlərinin qeyri-ardıcıl mövqeyini şərh edərək yazıb.
“Ukrayna öz ərazisində Rusiya qoşunlarına qarşı mübarizə aparanda KİV-in reaksiyası belə olur: “Yaşasın Ukrayna!”. Gürcüstanda oxşar münaqişədə isə “İrəli, Gürcüstan” yazırlar.
Ancaq Azərbaycan 10 min erməni qoşununu öz ərazisindən çıxarılmasını təmin etmək istəyəndə bu addım bəyənilmir, reaksiya belə olur: “Azərbaycanı dayandırmaq lazımdır” – o qeyd edib.