“Ermənistanın və Azərbaycanın maraqlarına əsaslanan kommunikasiyaların açılması təkcə onlara deyil, həm də regiondakı qonşularına fayda verəcək”.
Ednews xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib ki, bunlar Rusiya, Türkiyə və İrandır.
Zaxarova qeyd edib ki, məsələnin həlli Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli işçi qrupu çərçivəsində tapıla bilər və tapılmalıdır:
“Bundan əlavə, o, hər bir ölkənin öz ərazisindən keçən marşrutlar üzərində suverenliyinə və yurisdiksiyasına zəmanət verməlidir. Moskva Cənubi Qafqazda sabitlik olmasına maraqlıdır, problemlərin siyasi və diplomatik yollarla həllinin tərəfdarıdır. Rusiyanın İrəvan və Bakı ilə müttəfiqlik münasibətləri var”.