“Erməni əsilli sakinlərin Azərbaycana reinteqrasiyası da uğurla başa çatacaq”.
Ednews xəbər verir ki, bu fikirləri spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasının ilk iclasında deyib.
“Antiterror tədbirlərindən sonra sülh sazişinin imzalanması perspektivi daha realdır. Cənubi Qafqazda sülhün bərqərar olacağı gün uzaqda deyil. Azərbaycan buna çalışır, qarşı tərəfdən də oxşar addımı gözləyirik”, - deyə spiker əlavə edib.