Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniyanın BBC Yayım Korporasiyasına Qarabağ bölgəsindəki vəziyyəti şərh edib.
Ednews bu barədə BBC News saytına istinadən xəbər verir.
“Biz çox təəssüf edirik ki, mülki ermənilərin əksəriyyəti oranı (Azərbaycanın Qarabağ bölgəsini - red.) tərk etmək qərarına gəlib. Biz seçim və hərəkət azadlığına hörmət edirik. Ermənilərin çoxu azərbaycanlılara qarşı etnik nifrət hissi keçirir. "Azərbaycan bayrağı altında yaşaya bilmərik" deyirlər”, - X.Hacıyev bildirib.
"Bu, münaqişənin 30 illik tarixinə bir növ son qoyuldumu?" sualına Hacıyev belə cavab verib:
“Bəli. Artıq o münaqişənin son nöqtəsinə gəldik. Azərbaycan sülh istəyir”.