Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova bəyan edib ki, Finlandiya hökumətinin Rusiya vətəndaşlarına məxsus daşınmaz əmlakına “asanlaşdırılmış” müsadirə mexanizmini tətbiq etmək planları cavabsız qalmayacaq.
Ednews sputnik.ru-ya istinadən xəbər verir ki, Zaxarovanın yazılı açıqlamasında, qəbul edilməsi planlaşdırılan bu qərar Finlandiyanın indiki administrasiyasının həyata keçirdiyi siyasətin rusofob mahiyyət daşıdığını qeyd edib.
"Azadlıq, demokratiya və mülkiyyət toxunulmazlığı dəyərlərinə şifahi şəkildə sadiq olan Finlandiya dövlətinin bu cür hərəkətlərini müvafiq olaraq cavabsız qoymayacağıq".
Finlandiya hökumətinin bu bəyanatını “Helsinkinin Rusiya vətəndaşlarının hüquqlarını bir daha pozmaq niyyəti” kimi gördüklərini qeyd edən Zaxarova:
"Finlər əvvəlcə yeni sanksiyalar icad edirlər və sonra rusların Finlandiyaya pul köçürə bilməyəcəyinə və ya daşınmaz əmlaklarına lazımi qulluq göstərmək üçün ölkəyə gələ bilməyəcəyinə təəccüblənirlər”,- deyə bildirib.
Xəyal Ramiz