“Ermənistanın Rusiya platformasından imtina etməsi düşünmürəm ki, Azərbaycan Ermənistan danışıqlarına mənfi təsir etsin. Çünki burada platformanın olmasından asılı olmayaraq söhbət Azərbaycala Ermənistan arasında sülhün və sülh sazişinin imzalanmasından gedir”.
Bu sözləri Ednews-a açıqlamasında politoloq Fikrət Sadıqov Ermənistanın Moskva platformasında imtinasının Azərbaycanla aparılan danışıqlara necə təsir edə biləcəyi ilə bağlı fikir bildirərkən deyib.
“Reallıq odur ki, indi Erçənistanın hər hansı bir siyasi güclərlə dostluq və yaxud düşmənçilik etməsi onların öz xarici siyasət priotetləridir. Onlar bizə aid deyil. Biz bütün diplomotik səylərimiz və təzyiqimizi ona yönəltməliyik ki, saziş imzalansın. Çünki Cənubi Qafqazda sülh və əmin-amanlıq yaranmalıdır. Təbii ki, böyük güclər həm Moskva, həm Brüssel, Vaşinqton, çox istərdik ki, onların nəzarəti altında keçirilisin danışıqlar. Sülh sazişi onların iştirakı ilə imzalansın. Amma bizim üçün əsas göstərici nəticədir. Bizim şərtlərimiz və tələblərimiz daha üstündür. Görünən odur ki, Ermənistan süni problemlər və manelər törədir. Düşünürəm ki, bir çox məsələlər artıq həll olunub. Bu yolda bir sıra məsələlərin həlli istiqamətində Azərbaycanın diplomatik addımları mütamadi şəkildə aparılır”.
Oğuz