Azərbaycan Respublikası Prezidentliyinə daha iki nəfərin - Fuad Ağası oğlu Əliyevin və Böyük Azərbaycan Partiyasının sədri Elşad Nəbi oğlu Musayevin namizədliyi təsdiq edilib.
Ednews xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.