BMT-nin Təhlükəsizlik Şurasına sədrlik Ekvadordan Fransaya keçib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Fransanın BMT-dəki daimi nümayəndəsi Nikola de Rivyer yayıb.
O, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərə ay ərzindəki iş proqramını təqdim edib.
Səfir bildirib ki, Yaxşı Şərqdə davam edən müharibə ay ərizində TŞ-nin gündəmində olacaq. O həmçinin Ukrayna, Suriya, Liviya və Yəməndə baş verən münaqişərlə bağlı BMT TŞ-də iclasların keçiriləcəyini diqqətə çatdırıb.