Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb. O, güman edir ki, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var.
Məsələ ilə bağlı Ednews-a açıqlamasında politoloq Fikrət Sadıqov qeyd edib ki, Paşinyanın bu cür açıqlamaları olsa da, bu praktikada tam fərqli olub.
“İndiyənə qədər İrəvan bir sıra şərtləri yerinə yetirməyib. Bunların arasında Zəngəzur dəhlizi, Azərbaycana qarşı ərazi iddiaları konstitutsiyalarında əksini tapıb. Onlar müxtəlif yollarla sülh sazişini imzalamaqdan yayınırlar. Sərhəddə təxribatlar törədirlər. Ermənistan tərəfi özünü əgər hansısa xarici bir müxbirə “yaxşı bir göyərçin siyasətçi”si kimi təqdim etmək istəyirsə o başqa bir məsələdir. Onu eşidən, ona sual verən buna inanırsa o da onun öz problemidir. Amma reallıq odur ki, bütün bunlar hələ ritorik səviyyədə qalan məsələlərdir. Boş ifadələrdir. Ola bilər ki, hansısa prinsiplər əsasında, məsələn, bizim aramızda bir razılıq var, ancaq bu heç də deyil ki, arxitekturası, prinsipləri, bünövrəsi artıq hazırdı və imzalanmağa təqdim oluna bilər”.
Oğuz