Ombudsman Səbinə Əliyeva Xocalıda tapılan kütləvi məzarlıqla bağlı çağırış edib

Siyasət 18:20 23.02.2024

Ombudsman Səbinə Əliyeva Xocalıda tapılan kütləvi məzarlıqla bağlı çağırış edib.

Bu barədə Ednews-a İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatından bildirilib.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərində davamlı şəkildə aşkar olunan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin izlərini üzə çıxarır:

"Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Xocalı şəhəri ərazisində növbəti kütləvi məzarlığın tapılması faktı Ermənistanın inkar etməyə çalışdığı qeyri-insani əməllərini bir daha açıq şəkildə sübuta yetirmiş oldu.

Belə ki, bu ilin 21 fevral tarixində Xocalı şəhərində bərpa-quruculuq məqsədilə qazıntı işləri aparılarkən növbəti kütləvi dəfn yeri aşkarlanıb. Ərazidə hələ də davam edən qazıntılar zamanı ilkin olaraq müəyyən edilmiş insan qalıqlarının əsasən qadın və uşaqlara aid olması, onların əllərinin kəndirlə bağlanması və işgəncələrlə qətlə yetirilməsi faktları Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət və soyqırımı siyasətini, müharibə və insanlıq əleyhinə törətmiş olduğu cinayətləri sübut edir. Dəhşətli faktlardan biri də ərazidə tapılmış qalıqlardan birinin 4-5 yaşlarında uşağa məxsus olması ehtimalı ilə bağlıdır".

Ombudsmanın məlumatında xatırladılıb ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının, o cümlədən Xocalı soyqırımı nəticəsində əsir və girov götürülmüş 150 nəfərin taleyi bugünədək məlum deyil:

"Təəssüf ki, Ermənistan tərəfi bu illər ərzində itkin düşmüş şəxslərlə bağlı məlumatları, o cümlədən kütləvi məzarlıqların koordinatlarını ölkəmizə təqdim etməkdən yayınmış, yalnız azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində bir neçə itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilib".

"Qeyd olunanları nəzərə alaraq, insan hüquqları sahəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatları bu cür faktlara biganə yanaşmamağa, Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik nifrət zəminində cinayət əməllərinin törədilməsində təqsirli olan şəxslərin ədalət mühakiməsinə cəlb olunması istiqamətində zəruri addımlar atmağa çağırıram" - deyə, ombudsman Səbinə Əliyeva bildirib.

Qeyd edək ki, bu gün Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib.

Aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər (onlardan 1 nəfərin azyaşlı, yəni 4-5 yaşlı şəxsə məxsus olması ehtimal edilir) şəxsə məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən olunub.

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Parisdə “irqçilik və islamofobiyaya qarşı” nümayiş keçirilir
Parisdə “irqçilik və islamofobiyaya qarşı” nümayiş keçirilir
20:23 21.04.2024
Netanyahu yaxın günlərdə HAMAS-a təzyiqi artıracağına söz verib
Netanyahu yaxın günlərdə HAMAS-a təzyiqi artıracağına söz verib
19:44 21.04.2024
Nigerdə ​​ABŞ qoşunlarının çıxarılması tələbi ilə nümayiş keçirilib
18:54 21.04.2024
NYT: Ukrayna qanun layihəsi imzalandıqdan sonra bir neçə gün ərzində silah alacaq
NYT: Ukrayna qanun layihəsi imzalandıqdan sonra bir neçə gün ərzində silah alacaq
18:28 21.04.2024
NATO təlimlərə BAŞLAYIR - 140-dan çox təyyarə cəlb olunacaq
NATO təlimlərə BAŞLAYIR - 140-dan çox təyyarə cəlb olunacaq
18:20 21.04.2024
Əsəd: “Qərbdə əsl dövlət adamı qalmayıb”
17:13 21.04.2024
Şolts Konqresin Ukraynaya yardım göstərmək qərarını dəstəkləyib
Şolts Konqresin Ukraynaya yardım göstərmək qərarını dəstəkləyib
16:57 21.04.2024
Azərbaycan bədii gimnastı Bakıdakı Dünya Kubokunda çıxışını başa vurub
16:30 21.04.2024
Türkiyə DİN: İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb
16:15 21.04.2024
Yaponiyada bir ilk: Həkimlər Google-u məhkəməyə verdilər
Yaponiyada bir ilk: Həkimlər Google-u məhkəməyə verdilər
16:00 21.04.2024
Sabah güclü külək meteohəssas insanlarda narahatlıq yarada bilər
15:40 21.04.2024
Azərbaycan gimnastları finala vəsiqə qazanıblar
Azərbaycan gimnastları finala vəsiqə qazanıblar
15:20 21.04.2024
2 hərbi helikopter qəzaya uğradı: Yaponiya Hərbi Dəniz Qüvvələri həyəcan vəziyyətindədir
2 hərbi helikopter qəzaya uğradı: Yaponiya Hərbi Dəniz Qüvvələri həyəcan vəziyyətindədir
15:00 21.04.2024
Sağlamlıq imkanları məhdud olan 17 nəfər buraxılış imtahanı verib
14:40 21.04.2024
DİM Naxçıvanda buraxılış imtahanları keçirib
14:20 21.04.2024
Dumana görə bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
14:00 21.04.2024
Suriyada neft boru kəmərində yanğın olub, ölən var
13:40 21.04.2024
Dünyada koronavirusu ən uzun müddət keçirmiş xəstə ölüb
13:20 21.04.2024
Yaponiya kosmosdan Yerə günəş enerjisi göndərəcək
Yaponiya kosmosdan Yerə günəş enerjisi göndərəcək
13:00 21.04.2024
İsrail Livanda hərbi obyektlərə zərbələr endirib
12:40 21.04.2024
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar
12:20 21.04.2024
Zakir Həsənov azad edilmiş ərazilərdə komendant xidmətinin keyfiyyətli təşkilinə dair göstərişlər verib
12:00 21.04.2024
Ölkənin bəzi ərazilərində havanın hərarəti 31 dərəcəyə yüksəlib – FAKTİKİ HAVA
11:40 21.04.2024
Kürdə atası ilə batan uşağın meyiti tapılıb
11:20 21.04.2024
Pakistandan ABŞ-ın sanksiya qərarına reaksiya
Pakistandan ABŞ-ın sanksiya qərarına reaksiya
11:00 21.04.2024
Danimarka hava limanında bomba həyəcanı olub
10:40 21.04.2024
Pərviz Şahbazov BMT BA-nın prezidenti ilə görüşüb
10:20 21.04.2024
BMT BA-nın prezidenti: Azərbaycanın yaşıl enerjiyə keçidi sürətləndirmək səylərini alqışlayıram
10:15 21.04.2024
Şimali Koreyadan növbəti raket sınağı!
Şimali Koreyadan növbəti raket sınağı!
10:00 21.04.2024
Stoltenberq: Ukraynaya yardımın Nümayəndələr Palatasında təsdiqlənməsini alqışlayıram
09:40 21.04.2024
Luqansk vilayətində ağır yol qəzasında 6 nəfər ölüb
09:20 21.04.2024
ABŞ Kiyevdəki səfirliyə əlavə hərbi müşavirlər göndərməyi nəzərdən keçirir
ABŞ Kiyevdəki səfirliyə əlavə hərbi müşavirlər göndərməyi nəzərdən keçirir
09:00 21.04.2024
Avropa tənəzzüldədir, ona görə də... - Orban
00:05 21.04.2024
Ərdoğan HƏMAS lideri ilə Qəzza zolağında atəşkəs səylərini MÜZAKİRƏ EDİB
23:30 20.04.2024
“Taxta bazarı” adlanan ərazidəki yanğın məhdudlaşdırılıb
22:50 20.04.2024
Mərkəzi Afrika Respublikasında gəminin batması nəticəsində azı 60 nəfər ölüb
22:22 20.04.2024
Sadıq Sadıqov: Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı
21:46 20.04.2024
Bakıda hoteldə yanğın başlayıb
21:15 20.04.2024
Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb
20:44 20.04.2024
Pakistan Prezidenti Türkiyənin Baş Qərargah rəisini təltif edib
20:20 20.04.2024
Hamısı