Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın üzərinə tətbiq edilmiş sanksiyaların Ermənistana təsir etməməsindən əmin olmaq üçün əlindən gələni etdiyini açıqlayıb.
Ednews news.am-a istinadən xəbər verir ki, baş nazir Rusiya ilə əlaqələrin əhəmiyyətli olduğunu bildirsə də, sanksiyaların Qərb dövlətləri tərəfindən tətbiq edilməsi nüansını görməzdən gəlinməməli olduğunu bildirib.
Nazir həm də qeyd edib ki, Avropa dövlətləri ilə yeni müstəvidə aparılacaq əlaqələr bu sanksiyalardan uzaq qalmağı tələb edir.
Paşinyanın dediyinə görə İrəvan sanksiyaların fərqindədir və bunu Ermənistan üçün arzu etmir.
Fərid