"İranın buradakı məqsədi Azərbaycana qarşı bir cəbhə açmaqdır" - Güneyli EKSPERT

Siyasət 14:30 19.03.2024

Rəşt şəhərində “Talış - İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans keçirilib. Konfransın "fəxri qonağı" Avropada yaşayan, Azərbaycanın talış əsilli vətəndaşlarının adından danışmağa cəhd edən Boris Talışinskini “Talış Muğan Respublikası mühacir hökumətinin prezidenti” kimi təqdim ediblər. Konfransın əsas təşkilatçısı Əhməd Kazemi isə Boris Talışinskini “şimali talışstanın mərhum prezidenti general Əliəkrəm Hümətzadənin varisi” adlandırıb.

Mövzu ilə bağlı Ednews - a danışan siyasi şərhçi Məhəmməd Rəhmanifər İranın məqsədinin Azərbaycana qarşı bir cəbhə açmaq, ona zərbə vurmaq olduğunu söyləyib:

DB5C8CCA-2B51-43DF-9235-5CBF617A23EA_w1200_r1.jpg

"Maraqlısı budur ki, bu hadisə Rəşt Universitetində, İranın Azərbaycandakı səfiri, iki ölkənin arasında münasibətlərin yaxşılaşmasından söz açdığı zamanda baş verib. Bu hərəkətlər göstərir ki, İran həmişə dildə bir söz danışır, əməldə isə başqa bir iş görür. İran heç zaman Azərbaycanı güclü, inkişaf etmiş şəkildə görmək istəmir. İran Qarabağ məsələsində uduzmuş tərəfdə yer aldı və bu da İrana ağır gəlir. İranın əslində Qarabağ məsələsində niyə Ermənistanın yanında yer alırsa, indi bu konfransı da eyni hədəf doğrultusunda tərtib edir. İranın əsas məqsədi Azərbaycanı zəif, çalxantılı vəziyyətdə  görməkdir. İran burada talışlara ürək yandırmır. Əgər İran talışlara ürək yandırsaydı , İranda haradasa 300-400 min talış yaşayır, onların ana dilində dərslik çıxarmağa, radio proqramı yayımlamağa icazə verərdi.  Bu gün Azərbaycanda yaşayan talışların ana dilində dərslik kitabları vardır, amma İranda yaşayanlarda yoxdur. Azərbaycanda yaşayan talışlar özlərini azərbaycanlı bilirlər, eyni zamnda da öz dillərində dərslik kitabları var. Amma İranda onlara bu haqqların heç biri verilməyib. İndi necə olur ki, İran öz sərhədləri içində talışları assimilyasiya etməyə, farslaşdırmağa  çalışır, amma Azərbaycanda yaşayan talışlara isə ürək yandırır? Eyni siyasəti İran kürdlərə də tədbiq edir. İran sərhəddinin içindəki kürdlərə ən ibtidai haqları tanımır, amma Türkiyədəki kürdləri himayə və yardım edir ki, Türkiyəyə qarşı onlardan istifadə etsin. Burada da İranın məqsədi Azərbaycana qarşı bir cəbhə açmaq, Azərbaycanın təhlükəsizliyini pozmaq, ona zərbə vurmaqdır. Bu bir daha bizə göstərir və sübut edir ki, İran güvəniləcək ölkə deyil".

Azərbaycan Mərkəz Partiyasının üzvü, İran üzrə ekspert Elyar Kamrani şərhində bu siyasətin uzun tarixçəsinə toxnub:

adioss.jpg

"Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra İran, Şimali Azərbaycanda dindən istifadə edərək, oradakı əhaliyə dəstək verib. O, cümlədən talışda şiələrini də öz siyasəti uğrunda böyüdüb. Açıq aydın elan edirlər ki, biz şimal Azərbaycanda olan şiə seqmentindən və talışlardan istifadə edəcəyik. Onlar bunu müxtəlif səviyyədə - həm rəsmi televiziyalarında, qəzetlərində və ya parlamentlərində də elan ediblər ki, bizim indiki şəraitdə Azərbaycanla İsrailin münasibətləri dərin olduğu müddətcə şiələri və talışları himayə edəcəyik. Dediyim kimi, İranın çeşidli planları var. Hüseyniyyun qrupunu, habelə talışları müxtəlif dövrlərdə himayə etməsi bunu göstərir ki, İran bu planından əl çəkmir.  Rəştdə habelə, Tehran Universitetində keçirilən konfransda da açıqca talışları himayə etməsi yenə bunu izah edir ki, İran dövləti Azərbaycana qarşı düşmənçilik siyasətini yürüdür. Halbuki yüz min nəfərdən az olaraq Azərbaycanda yaşayan talışların fikrinə və onların qayğısını çəkən bir dövlət, İranda yaşayan 40 milyon türklərə heç bir imkan vermir. Bunu hərkəs, dünya da bilir. Lakin təəssüflər olsun ki, İranın bu siyasətinin qarşısının alınmasına dair heç bir addım atılmır."

Əkbər Novruz

Azərbaycan şərabı dünyada niyə brend ola bilmir? - Taryel Pənahovla MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

“Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA
12:32 27.04.2024
Azərbaycan şərabı dünyada niyə brend ola bilmir? - Taryel Pənahovla MÜSAHİBƏ - VİDEO
12:00 27.04.2024
Sürücülərə XƏBƏRDARLIQ: Bu yolda hərəkət MƏHDUDLAŞDIRILCAQ
11:30 27.04.2024
Fazil Mustafanın sui-qəsdçisi dövlət orqanlarına girib hamını güllələmək İSTƏYİRMİŞ
11:14 27.04.2024
Azərbaycan nefti BAHALAŞDI
Azərbaycan nefti BAHALAŞDI
10:59 27.04.2024
FIFA prezidenti "Qarabağ"ı təbrik EDİB
FIFA prezidenti "Qarabağ"ı təbrik EDİB
10:41 27.04.2024
Ermənistanın korrupsioner nazir müavini AZADLIQDA
Ermənistanın korrupsioner nazir müavini AZADLIQDA
10:31 27.04.2024
Azərbaycanda 10 saatlıq ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO
10:14 27.04.2024
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
10:07 27.04.2024
Azərbaycanda qeyri-adi kənd adları: Mırtı, Potu, Soğanverdilər... – VİDEO
09:33 27.04.2024
ABŞ Ukraynaya bu silahları GÖNDƏRƏCƏK
09:27 27.04.2024
Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: “Hər ikisinin təhsili yoxdur” – VİDEO
09:18 27.04.2024
Avtomobil oğurladı, başqa cinayətləri də üzə çıxdı...
09:00 27.04.2024
Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Hamısı