Dövlət Departamentinin əməkdaşı ABŞ-ı Qəzzada soyqırımına şərait yaratmaqda ittiham edib və istefa verib.
Ednews CNN-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin Yaxın Şərq İşləri İdarəsinin keçmiş xarici əlaqələr zabiti Annel Şelin ABŞ-ın Yaxın Şərqdəki ədalətsiz fəaliyyətlərini qınaq obyektinə çevririb.
“Beynəlxalq Ədalət Məhkəməsinin Qəzzada soyqırım hesab etdiyi şeylərə icazə verən bir hökumətin nümayəndəsi kimi mənim üçün belə iş demək olar ki, qeyri-mümkün olub” deyə o bildirib.
O, "belə vəhşiliklərə yol verən" bir administrasiyada işləmək üçün heç bir perspektiv görmədiyini vurğuladı.
Fərid