Rusiya prezidenti Vladimir Putin Çinə səfəri zamanı bildirib ki, Rusiya və Çin beynəlxalq hüquqa əsaslanan ədalətli dünya sistemi yaratmaq üçün birgə çalışırlar.
Dünya qütbləşməyə doğru gedir?
Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər üzrə Professor, Dr. Məhəmməd Sadiq İsmayıl Ednews-a münasibət bildirib:
“Hesab edirəm ki, dünya indi çoxqütbləşmə mərhələsindədir. Bunun səbəbi isə 1990-cı ildə ikinci Körfəz böhranından və ərəb inqilablarından sonra dünya birqütblü olmasıdır.
“Lakin bundan sonra Rusiya Suriya vasitəsilə Yaxın Şərqdə mövqeyini genişləndirməyə başlayıb, digər tərəfdən Çin İpək Yolu layihəsi vəsitəsilə özünü qlobal bir qütb kimi göstərməyə başlayıb. Eyni zamanda Aİ bəzi tədbirlər görməyə başlayıb. O cümlədən Almaniya qeyri-qanuni immiqrasiyanı məhdudlaşdırmaq məqsədi ilə bəzi tədbirlər həyata keçrib. Fransaya gəlincə Britaniyanın Avropa Birliyindən çıxmasından sonra onu əvəz etmək istəyir”.
Ekspertin fikrincə, ABŞ-ın Co Bayden dövründə xarici siyasəti kəkin şəkildə zəyifləyib:
“Dünyada çoxqütbləşməyə səbəb olan ən əsas amil prezident Bayden dövründə Amerika siyasətinin zəifliyidir, biz bunu bir çox məqamlarda gördük. Məsələn, Baydenin 2020-ci ildə vəzifəyə gəldiyi vaxtdan ABŞ-ın xarici siyasətində dəyişiklik edə bilməməsidir. O, həmçinin Çinlə münasibətlərində müsbət dəyişiklik edə bilmədi. Bununla yanaşı Rusiya-Ukrayna müharibəsini dayandıra bilmədi. Çinə gəlincə, hələ də Tayvanı çindən ayırmamaqda israrlıdır. Digər tərəfdən Koreya bir çox ballistik sınaqlar keçirərək nüvə proqramını davam etdirir. ABŞ bunu dayandıra bilməyib. Bütün bunlar dünyanın çoxqütblü mərhələdə olduğunu göstərir”.
Loğman Yunis