Ayxan Hacızadə Ermənistan XİN-ə cavab verib

Siyasət 20:19 07.06.2024

Ermənistan Xarici İşlər Nazirliyinin bu ölkənin qonşularına qarşı ərazi iddiaları irəli sürməsi faktını təkzib etməyə yönəlmiş 7 iyun 2024-cü il tarixli bəyanatı, əslində, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan və Ermənistan arasında sülhə nail olmaq üçün maneə təşkil edən çağırışlardan yayındırmaq niyyətindən başqa bir şey deyil.

Ednews xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin 7 iyun 2024-cü il tarixli bəyanatına dair şərhində əksini tapıb.

"Bu gün həqiqətən də əsas problem, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarıdır.

Azərbaycanın milli təhlükəsizliyinə bilavasitə təsir edən bu iddianın Konstitusiyadan çıxarılmasını tələb etməyə legitim hüququ var və bu Ermənistanın daxili işlərinə müdaxilə kimi qələmə verilə bilməz.

Ermənistan Xarici İşlər Nazirliyinin bu problemin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Bununla yanaşı, Ermənistanın keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri və hərbiləşmə siyasətini davam etdirməsi bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.

Bundan əlavə, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi tamamilə əsassızdır. Heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.

Azərbaycanın sülh prosesi təşəbbüsü ilə çıxış etdiyini və ilkin layihəsi məhz Azərbaycan tərəfindən təqdim edilmiş sülh sazişi üzrə danışıqlar aparmağa Ermənistanı təşviq etdiyini nəzərə alaraq, bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur.

Ermənistan başa düşməlidir ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrlə suverenlik və ərazi bütövlüyünün tanınması, habelə onlara riayət olunması əsasında münasibətlər qurmaq, həmçinin bu istiqamətdə təhlükə yaradan çağırışları aradan qaldırmaqdır", - bildirilib.

Rusiyada pələng deputatı parçaladı

Xəbər xətti

"Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb"
16:54 17.03.2025
"Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb"
16:21 17.03.2025
ABŞ və İsrail Qəzza sakinlərini Suriyaya köçürmək istəyir
12:50 17.03.2025
Almaniya prezidenti Azərbaycana gələcək
12:34 17.03.2025
Tehranda “Koka-kola” satışına qadağa qoyuldu
12:23 17.03.2025
İlaxır çərşənbənin hava proqnozu açıqlanıb
12:18 17.03.2025
Bakıda yeni park salınacaq
11:43 17.03.2025
"Ən böyük arzum ölkəmin kosmik sahə üzrə inkişafına töhfə verməkdir"
11:29 17.03.2025
Azərbaycanda fevral ayının ərzaq qiymətləri indeksi açıqlandı
11:20 17.03.2025
Azərbaycan buğda idxalını 40 %-ə yaxın artırıb
11:19 17.03.2025
Modi Zelenskiyə müraciət edib
11:14 17.03.2025
Çin mütəxəssisləri kosmosda mineralları çıxaracaq robot hazırlayıb
11:06 17.03.2025
Təbiətə 65 min manatdan çox ziyan vurulması faktları ilə bağlı cinayət işləri başlanılıb
11:04 17.03.2025
Paşinyan, sərhədə ordu yığır
10:28 17.03.2025
Azərbaycanda avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək
10:23 17.03.2025
Dünya əhalisinin əksəriyyəti havası çirkli şəhərlərdə yaşayır
10:18 17.03.2025
Azərbaycanın dünyanın ən təhlükəsiz ölkələri sırasına yüksəlib
10:14 17.03.2025
Çin ilk keramik aerogelini yaradıb
10:13 17.03.2025
ABŞ Silahlı Qüvvələri husilərin hökumət kompleksinə zərbələr endirib
10:13 17.03.2025
Əmək müqaviləsi ilə çalışanların sayı niyə azalır?
10:08 17.03.2025
1118-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:02 17.03.2025
Saakaşviliyə daha bir hökm oxundu
10:01 17.03.2025
Tramp Putinlə telefonla danışmağı planlaşdırır
09:12 17.03.2025
Alimlər ölümcül Ebola qızdırmasının müalicəsində irəliləyiş əldə ediblər
08:21 17.03.2025
İnsanlar nə vaxt danışmağa başlayıb?
07:27 17.03.2025
"Ukraynada sülhməramlı məsələsini Rusiya müəyyən etmir"
04:57 17.03.2025
ABŞ-də qasırğa qurbanlarının sayı 36-ya çatıb
03:04 17.03.2025
Xankəndidə Novruz konserti olacaq
01:08 17.03.2025
Gədəbəyin Qızıl qala meşəliyində yanğın olub
20:46 16.03.2025
"Süni intellekt bəzi xəstəlikləri tamamilə sağaltmağa kömək edə bilər"
14:26 15.03.2025
"Paşinyan Rusiya ilə arasında olan buzları əritmək istəyir"
14:15 15.03.2025
Suriyada toqquşmalar zamanı ölənlərin sayı 1500-ə çatıb
14:08 15.03.2025
Mask Marsa insanabənzər robot göndərəcək
13:02 15.03.2025
Qızıl niyə bahalaşır?
12:52 15.03.2025
"Bu gün həm də sivilizasiyalar arasında qlobal birliyin katalizatoru olmalıdır"
12:34 15.03.2025
"Münaqişələrin həlli üçün dünyanın sözə yox, fəaliyyətə ehtiyacı var"
12:19 15.03.2025
"Qadınlar müharibələrin və onların nəticələrinin ən həssas qurbanlarından biridir"
12:17 15.03.2025
"İqlim dəyişikliyinin qadınlara təsiri daha qabarıq formada özünü göstərir"
11:46 15.03.2025
Bərdədə uşaq bağçasında uçqun baş verib
11:39 15.03.2025
BMT süni intellektdən istifadənin riskləri barədə xəbərdarlıq etdi
11:27 15.03.2025
Hamısı