Azərbaycanın iqlim dəyişikliyi zəminində gendər bərabərliyinə böyük qayğı ilə yanaşması mühüm əhəmiyyət kəsb edir.
Ednews xəbər verir ki, bu fikirləri BMT-nin gender bərabərliyi, qadınlar və qızların hüquqlarının gücləndirilməsi üzrə departementinin əməkdaşı Venge Nyirongo Azərbaycanın COP29-a sədrliyi çərçivəsində təqdim etdiyi fəaliyyət planını şərh edərkən bildirib.
"Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüsləri və seçdiyi mövzuları yüksək qiymətləndiririk. Biz Azərbaycanın iqlim dəyişikliyi zəminində dövlətlərin diqqətini gender bərabərliyinin vacib məsələ olduğuna yönəltməyə çalışmasını alqışlayırıq", - o deyib.
BMT nümayəndəsi bildirib ki, 2 milyona yaxın qadın və qız iqlim dəyişikliyi nəticəsində qida azlığından əziyyət çəkir: "Azərbaycanın bu mövzunu gündəmə gətirməsi təqdirəlayiqdir".