Prezident Azərbaycan xalqını TƏBRİK ETDİ

Siyasət 14:10 14.06.2024

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Ednews  xəbər verir ki, təbrik mətnində deyilir: 

"Hörmətli həmvətənlər! 

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm. 

Dünya müsəlmanlarının mənəvi həmrəyliyinin təcəssümü olan Qurban bayramında mömin insanlar Allah və din yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirmək fürsəti qazanır, Uca Yaradana yaxınlığın sevincini yaşayırlar. 

Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir.
Ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları ölkəmizdə qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında mütərəqqi islami dəyərlərin rolu danılmazdır. 

Dini bayramlar, o cümlədən Qurban mərasimləri cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. 

Əziz bacı və qardaşlarım! 

Xalqımızın firavanlığı və əmin-amanlığı naminə etdiyiniz duaların və kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunması diləyi ilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət arzulayıram. 

Qurban bayramınız mübarək olsun!". 

Umud Mirzəyev qonaqlarına Füzuli xatirələrindən danışdı… - FOTO/VİDEO

Xəbər xətti

Panamada çayda 10 miqrantın cəsədi tapılıb
21:45 24.07.2024
2023-cü ildə dünyada 2,33 milyard insan qida çatışmazlığından əziyyət çəkib
21:20 24.07.2024
"Apple" daha film maliyyələşdirməyəcək
21:00 24.07.2024
Səbinə Əliyeva Türkiyə Konstitusiya Məhkəməsinin sədrini Ermənistanın mina terroru haqda məlumatlandırıb
20:44 24.07.2024
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib
20:29 24.07.2024
Kamran Əliyev Bişkekdə qırğız və türkiyəli həmkarları ilə əməkdaşlıq məsələlərini müzakirə edib
20:06 24.07.2024
İtaliyada meşə yanğını: 1200 turist təxliyə edildi
19:44 24.07.2024
Prokurorluq "oxu.az"a xəbərdarlıq etdi
19:22 24.07.2024
XİN rəhbəri İsrail rəsmisi ilə görüşdü
19:00 24.07.2024
Talassemiyalı uşaqların pullarını mənimsəməklə bağlı məhkəmədə: Hesabda 100 minlərlə vəsait olub, lakin hesabatlarda 5-6 manat göstərilib
18:40 24.07.2024
Gürcüstan MSK parlament seçkilərində iştirak etmək üçün 13 partiyanı qeydə alıb
18:20 24.07.2024
Ceyhun Bayramov İsrail rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşması barədə danışdı
17:55 24.07.2024
“Qarabağ”ın bəstəkarının hüquqları bərpa edildi
17:50 24.07.2024
Hikmət Hacıyev Polşanın səfiri ilə GÖRÜŞDÜ
17:30 24.07.2024
“Equinor” Azərbaycandakı aktivlərini SOCAR-a satıb
“Equinor” Azərbaycandakı aktivlərini SOCAR-a satıb
17:10 24.07.2024
Rusiya vətəndaşlara müharibədə iştirak etmək üçün rekord həddə pul təklif edir
Rusiya vətəndaşlara müharibədə iştirak etmək üçün rekord həddə pul təklif edir
17:00 24.07.2024
Avtobus dayanacağında avtomobil saxlayan sürücülər cəzalandırılacaq
16:55 24.07.2024
Tələbə köçürülməsi üçün şərtlər açıqlandı
16:50 24.07.2024
Böyük Zəfərimizə layiq olmaq: Cəmiyyətin və medianın məsuliyyəti... - Rəşad Məcid yazır
16:47 24.07.2024
SON DƏQİQƏ: İranla sərhəddə insident - İki sərhədçimiz YARALANDI
16:44 24.07.2024
Türkiyə MN-i Yaşar Güler jurnalistin sualına belə cavab verdi - VİDEO
Türkiyə MN-i Yaşar Güler jurnalistin sualına belə cavab verdi - VİDEO
16:42 24.07.2024
Bu idmançılara xüsusi TƏQAÜD VERİLƏCƏK
16:40 24.07.2024
Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
16:35 24.07.2024
İrəvandakı Rusiya səfirinin Zəngəzurla bağlı İLGİNC açıqlaması: Ekspertlərin ŞƏRHİNDƏ
İrəvandakı Rusiya səfirinin Zəngəzurla bağlı İLGİNC açıqlaması: Ekspertlərin ŞƏRHİNDƏ
16:30 24.07.2024
Saxta "parkovşiklər" 2 min manatadək CƏRİMƏLƏNƏCƏK
16:25 24.07.2024
Qanunsuz parklanmanın cəriməsi artırıldı
16:20 24.07.2024
Velosiped yollarında maşın sürənlər 100 manat CƏRİMƏLƏNƏCƏK
16:15 24.07.2024
14 yaşdan yuxarı şəxslər kiçik elektrik nəqliyyat vasitəsini idarə edə biləcək
16:10 24.07.2024
Bakı metrosunun Müşahidə Şurasının tərkibi dəyişib
16:05 24.07.2024
Aİ - nin "şirnikləşdirici" viza təklifi: Ermənistan üçün ÇƏTİN DİLEMMA - ŞƏRH
16:00 24.07.2024
Vyetnam alterntiv enerjini ixrac etməyə start verib
Vyetnam alterntiv enerjini ixrac etməyə start verib
15:50 24.07.2024
İraq ABŞ-dan ordunun ölkədən çıxmasını tələb edib
İraq ABŞ-dan ordunun ölkədən çıxmasını tələb edib
15:40 24.07.2024
Prezident general-leytenantı TƏLTİF ETDİ
15:35 24.07.2024
Rəsmi Bakı: “Azərbaycan Ermənistanla danışıqlara hər zaman hazır olub”
15:22 24.07.2024
AZPROMO: Xarici şirkətlər Qarabağda 442 layihə həyata keçirir
15:10 24.07.2024
Prezidentdən Niyazi Hacıyevlə bağlı SƏRƏNCAM
15:07 24.07.2024
“Kürd Amo”nu maşınla vuran şəxs həbs edildi
15:03 24.07.2024
Jurnalistikaya qabiliyyət imtahanının vaxtı açıqlanıb
14:48 24.07.2024
DİM sədrinə iki müavin təyin edilib
14:37 24.07.2024
Bu hallarda valyutanın ölkədən çıxarılmasına İCAZƏ VERİLMƏYƏCƏK
14:30 24.07.2024
Hamısı