“Kremlin adamı”nın Nobel mükafatına namizədliyi yenə də qalmaqal yaradıb: Kiyev əleyhinədir

Siyasət 15:21 22.06.2024

Oliqarx-provokator Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyini irəli sürmək cəhdləri getdikcə daha qalmaqallı hal alır. Brüsseldə keçirdiyi mətbuat konfransında Ukrayna Ali Radasının deputatı Yuri Kamelçuk Ruben Vardanyanın hekayəsini “Rusiya Federasiyasının hibrid təbliğatının nümunəsi” adlandırıb.

Ednews-un xəbərinə görə, ukraynalı siyasətçinin xatırlatdığı kimi, bir neçə il əvvəl "OCCRP" Vardanyanın investisiya şirkəti “Troyka Dialoq” vasitəsilə 2006-cı ildən 2013-cü ilə qədər Putin ətrafında olan insanlar üçün 4,5 milyard dollardan çox vəsaitin yuyulduğunu iddia etmişdi. Vardanyanın Nobel Sülh Mükafatı namizədləri siyahısına daxil edilməsi təklifi isə “Kreml adamını” Avropa ictimaiyyəti qarşısında təmizə çıxarmağa cəhd və RF-nin hibrid müharibəsinin alətlərindən biridir.

Kamelçukun bəyanatı bir daha təsdiqlədi ki, Ruben Vardanyana qarşı iddiaları olan təkcə Azərbaycan deyil, həm də Ukraynadır. Üstəlik, bu, Kiyevin oliqarx-provokator Ruben Vardanyana Nobel Sülh Mükafatının verilməsi cəhdləri ilə bağlı ilk etirazı deyil. Minval-ın məlumatına görə, Ukrayna Ali Radasının digər deputatı Oleksiy Qonçarenko da bu provokativ təşəbbüsə heç də az sərt qiymət verməyib. Ukrayna Ali Radasının 18 deputatının müraciəti də olub: müəlliflər xatırladıblar ki, SBU Vardanyanı “Mirotvorets” məlumat bazasına daxil edib, çünki bu oliqarx Rusiyanın Ukraynaya qarşı müharibəsini maliyyələşdirib. Qeyd edək ki, Ukraynada Vardanyana məxsus nəqliyyat şirkətlərinə qarşı sanksiyalar tətbiq edilib, çünki onlar Rusiya işğalına “logistik dəstək”, yəni silah və hərbi yüklərin daşınmasını təmin edirlər. Bir sözlə, oliqarx-provokator təkcə Qarabağda deyil, Ukraynada da iz buraxıb.

Nobel Sülh Mükafatı namizədlərinin rəsmi təyin edilməsi konfidasial şəkildə həyata keçirilir, eynilə “Buker”də olduğu kimi, burada “uzun siyahılar”, “qısa siyahılar” və namizədlərin yekun siyahılarını dərc etmək ənənəsi yoxdur. Ona görə də, Bakının və Kiyevin Nobel mükafatını arxasında gerçək cinayətlər izi olan bir şəxsə vermək cəhdlərinə etirazlarına rəsmi reaksiya yoxdur: Ukraynadakı təcavüzkar müharibənin dəstəklənməsi, Qarabağda sülh prosesinin pozulması, Azərbaycana qarşı terrorun maliyyələşdirilməsi, nəhayət, maliyyə fırıldaqları və pul yuyulması. Rusiya vətəndaşlığından imtina edən Vardanyan “Kremlin quyruğunu” kəsə bilmədi - bütün nəticələri ilə birlikdə.

Detallara varmayaq, belə bir tərcümeyi-halı olan bir şəxsi Nobel laureatları sırasına daxil etmək “dahiyanə ideya”nın kim tərəfindən irəli sürüldüyünü dəqiq bilməyək. Amma şübhə yoxdur ki, bu əyləncəli şounun sifarişçiləri Bakının etiraz edəcəyini anlayırdılar, lakin Azərbaycan etirazlarına əhəmiyyət verməyəcəyini düşünüblər. Lakin indi Kiyevdə də Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinə qarşı getdikcə daha sərt etirazlar artır. Bu isə, xüsusən də, Ukrayna müharibəsinə indiki diqqət fonunda işi dəyişir, çünki qərb ictimaiyyəti hər dəfə Ukraynaya dəstək olaraq gözəl jestlər etməyi əldən vermir, istər Mariupol haqqında sənədli filmə “Oskar” vermək, istərsə də estrada ulduzlarının Ukrayna bayraqları ilə səhnəyə çıxması olsun. Belə vəziyyətdə Nobel komitəsi təkcə Azərbaycanın deyil, Ukraynanın da əsaslı etirazlarını görməzdən gəlməkdə çox çətinlik çəkəcək.

BCM prokuroru Okampodan Azərbaycana qarşı təxribata çağırış - VİDEO

Xəbər xətti

BCM prokuroru Okampodan Azərbaycana qarşı təxribata çağırış - VİDEO
16:40 23.07.2024
AQTA 113 aptekdə nöqsanlar aşkarlayıb
16:35 23.07.2024
Latviya Rusiya ilə sərhədə tank əleyhinə istehkamlar QURAŞDIRIB - VİDEO
16:30 23.07.2024
Nikah yaşı üzrlü səbəblərdən də 1 il AZALDILMAYACAQ
Nikah yaşı üzrlü səbəblərdən də 1 il AZALDILMAYACAQ
16:27 23.07.2024
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər CƏZALANDIRILACAQ
Yetkinlik yaşına çatmayanların kəbinini kəsənlər CƏZALANDIRILACAQ
16:25 23.07.2024
İlham Əliyev və Mehriban Əliyeva Səfa Mirzəyevin dəfninə əklil göndərdi
16:20 23.07.2024
Ağadadaş Ağayevin balta atdığı şəxs saxlanıldı
Ağadadaş Ağayevin balta atdığı şəxs saxlanıldı
16:17 23.07.2024
16 yaşına çatmayanlarla nişanlananlar HƏBS OLUNACAQ
16:15 23.07.2024
Kişiləri nikaha məcbur edənlər də cəzalandırılacaq
16:10 23.07.2024
Leysan yağacaq
16:05 23.07.2024
Bu şəxslər 13 min manatadək CƏRİMƏLƏNƏCƏK
16:00 23.07.2024
Fransanın "solçu" lideri ölkəni NATO-dan çıxmağa ÇAĞIRIB
Fransanın "solçu" lideri ölkəni NATO-dan çıxmağa ÇAĞIRIB
15:55 23.07.2024
Prezidentdən Məleykə Abbaszadə ilə bağlı SƏRƏNCAM
Prezidentdən Məleykə Abbaszadə ilə bağlı SƏRƏNCAM
15:50 23.07.2024
Fərəh Əliyevaya yeni vəzifə verildi – SƏRƏNCAM
Fərəh Əliyevaya yeni vəzifə verildi – SƏRƏNCAM
15:45 23.07.2024
Prezident əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağanı TƏSDİQLƏDİ
15:42 23.07.2024
Ağadadaş Ağayevin törətdiyi hadisənin görüntüləri yayıldı - VİDEO
15:37 23.07.2024
DİM-in Müşahidə Şurası yaradılacaq – FƏRMAN
15:34 23.07.2024
Şuşada əlamətdar Vaqif poeziya günləri… - MÜSAHİBƏ - VİDEO
15:30 23.07.2024
Dövlət Qulluğunu İdarəetmə Şurası ilə bağlı DƏYİŞİKLİK
15:25 23.07.2024
Məşhur italyan aktyoru koronovirusdan vəfat etdi
Məşhur italyan aktyoru koronovirusdan vəfat etdi
15:19 23.07.2024
Əhməd Əhmədovun məhkəməsi təxirə salınıb
Əhməd Əhmədovun məhkəməsi təxirə salınıb
15:07 23.07.2024
Məşhur türkiyəli aktrisa qəza keçirdi
Məşhur türkiyəli aktrisa qəza keçirdi
14:39 23.07.2024
Erməni revanşistlərinə Avropa silahları: İkiüzlü Aİ yenə regionda nəyi güdür?
14:30 23.07.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:21 23.07.2024
Corc Qafarov: "Aktyor və rejissorlarımızın Azərbaycan kinosuna ümidi itib" - VİDEO
14:07 23.07.2024
Naxçıvanda yeni təyinat
13:38 23.07.2024
Azərbaycan gömrüyündə bəyanetmə qaydaları DƏYİŞDİ - QƏRAR
13:30 23.07.2024
Yağış, dolu, 38° isti...
13:25 23.07.2024
Azərbaycan və Çin arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan və Çin arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
13:20 23.07.2024
Azərbaycan gömrüyündə bəyanetmə qaydaları DƏYİŞDİ - QƏRAR
13:15 23.07.2024
Çinin dəstəyi ilə HƏMAS Fətah arasında Milli Birlik yaradılır
Çinin dəstəyi ilə HƏMAS Fətah arasında Milli Birlik yaradılır
13:10 23.07.2024
Bu ərazilərdə hava xətləri SÖKÜLƏCƏK - VİDEO
13:00 23.07.2024
COP29-un prezidenti və baş danışıqçısı Çinin iqlim məsələləri üzrə xüsusi elçisi ilə görüşüblər
12:50 23.07.2024
Qəzzada həlak olan jurnalistlərin sayı ARTDI
Qəzzada həlak olan jurnalistlərin sayı ARTDI
12:45 23.07.2024
İran XİN-də Azərbaycanla əlaqələr müzakirə edilib
12:40 23.07.2024
İrəvan rəsmi Bakının COP29 dəvətini qəbul edəcəkmi? - AÇIQLAMA
12:30 23.07.2024
İyulda hərbi xidmətə çağırışın yekunları müzakirə olunub
İyulda hərbi xidmətə çağırışın yekunları müzakirə olunub
12:25 23.07.2024
Rusiya öz hərbçilərinə cəza sistemi tətbiq edir - SƏBƏB
Rusiya öz hərbçilərinə cəza sistemi tətbiq edir - SƏBƏB
12:15 23.07.2024
Azərbaycanda problemli kreditlərin məbləği 10 % azalıb
12:05 23.07.2024
Aİ-də qaz anbarlarının ehtiyatları 83%-ə yaxınlaşıb
11:55 23.07.2024
Hamısı