NATO dövlətləri keçirilən zirvə görüşündə Çinin Rusiyaya verdiyi dəstəyi barədə narahat olduğunu bildirib.
Ednews The Guardian-a istinadən xəbər verir ki, Vaşinqtonda keçirilən zirvə görüşündə dövlətlər NATO-nun Rusiyaya qarşı daha qərarlı addım atmalı olduğunu bildirib.
"Biz Çini Rusiyanı dəstəklədiyi üçün qətiyyətlə qınayırıq. Müharibənin sülh ilə nəticələnməsinə mane olanlardan biri də məhz Pekindir."
Bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq bildirib. NATO rəhbərliyi bildirib ki, Çin təcili şəkildə Rusiyaya ixrac etdiyi bütün təbii resursların satışını dayandırmalıdır.
Fərid