RF-nin FSB xidmətinin qərarı ilə həmyerlimiz, Royal Fizuli oğlu Abbasov Rusiya vətəndaşlığından məhrum edilib.
Ednews xəbər verir ki, səbəb adıçəkilən şəxsin hərbi qeydiyyata alınmaqdan imtina etməsi olub. Royalın həyat yoldaşı hərbi komissarlıqda bildirib ki, qeydiyyata alınmanın necə bitəcəyini bilir, sabah ərini Ukraynanın işğalında iştirak etmək üçün göndərəcəklər.
Ən yaxın zamanda Abbasov Rusiyanı tərk etməlidir. Bu vəzifəni yerinə yetirmədiyi halda, ona qarşı məcburi şəkildə Rusiyadan çıxarılma tədbirləri tətbiq ediləcək.
Daha ətraflı videoda: