Çinin Xarici İşlər naziri Vanq Yi ABŞ-a növbəti dəfə xəbərdarlıq edərək bildirib ki, Filippində hava müdafiə sistemi yaradıla bilməz.
Ednews xəbər verir ki, nazri ABŞ istehsalı "Tafyun" raketlərinin Filippində yerləşdirilməsinə qarşı çıxıb. O, bildirib ki, Filippinin Vaşinqton tərəfindən silahlandırılması regionda silah yarışının daha da kəskinləşməsinə səbəb olacaq.
Xəbərdə qeyd olunur ki, Pekin daha öncə də Filippinə xəbərdarlı etmiş və iki ölkə arasında dəniz üzərində real toqquşmalar da yaşanmışdır.