"Yeni alınmış ərazilərin Ukraynaya geri qaytarılması mümkün deyil. Ələ keçirilmiş Luqansk, Donetsk, Zoporoje və eləcə də Xerson vilayətləri artıq Rusiyanın ayrılmaz parçasıdır. Bu ərazilərin Rusiya Federasiyasının daxil edilməsi konstitusiyada öz əksini tapıb. Bundan sonra ərazi dəyişikliyi olmayacaq. Bunu hamı qəbullanmalıdır."
Ednews xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib. O, Rusiyanın bu ərazilərdə yaxın zamanlarda yenidənqurma işləri aparacağını bildirib.
Fərid