Amerikalı hərbi rəsmi anonimlik şərti ilə nəşrə bildirib ki, ABŞ qüvvələri Yaxın Şərqdə döyüş hazırlığını artırmaq və İranın və İrandan dəstək alan milis qruplarının hər hansı təhlükəsindən ABŞ qüvvələri və müttəfiqlərini qorumaq üçün "zəruri tədbirlər" görür.
Ednews xəbər verir ki, göndərilən təyyarələrin sayı hələ dəqiqləşdirilir, eləcə də müdafiə naziri Lloyd Austin də daxil olmaqla yüksək vəzifəli şəxslərdən son təsdiq gözlənilir. Rəsmilər bildirib ki, onlar ABŞ-ın cavabını kalibrləməyi, mümkün qədər tez lazımi sayda və növdə təyyarələri göndərməyi, eyni zamanda, münaqişənin eskalasiyası təəssüratı yaratmamağı hədəfləyirlər, yazır qəzet.