ABŞ ordusu “Zvartnots”a nə vaxt eniblər? - VİDEO

Siyasət 10:00 13.08.2024

Caliber.az saytı avqustun 6-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 təyyarənin Ermənistanın “Zvartnots” hava limanına enməsi ilə bağlı eksklüziv material paylaşmışdı. Sayt, bildirmişdi ki, “Boeing C-17” hərbi yük təyyarələrində hərbi yüklə yanaşı, İran ərazisindən buraxılan raketlərin və digər uçan aparatların trayektoriyalarını izləyən xüsusi qurğular daxil olmaqla, bu avadanlıqları idarə edəcək şəxsi heyət də Ermənistana gətirilmişdi.

Azərbaycan və İranla sərhəddə yerləşdiriləcək şəxsi heyətə diqqəti cəlb etməmək üçün hərbçilərin diqqətlə seçildiyi vurğulanırdı. Qeyd olunurdu ki, Azərbaycan və İranla sərhəddə yerləşdiriləcək hərbçilərin diqqətlə seçildiyi vurğulanır. Onların əksəriyyəti erməni əsilli, Amerika ordusunda xidmət edən ABŞ vətəndaşları, postsovet ölkələrindən ABŞ-a köçmüş slavyan və Qafqaz görünüşlü şəxslərdir. Eyni zamanda, şəxsi heyətin Ermənistan silahlı qüvvələrinin forması ilə təchiz olunduğu  və Zəngəzurdakı Ermənistan silahlı qüvvələrinin hərbi bazasında yerləşdirildiyi bildirilirdi.

Caliber.az-ın sensasiyalı məqaləsinin dərcindən sonra ABŞ-ın Ermənistandakı səfirliyi Zəngəzura Amerika hərbçilərinin yeridilməsi ilə bağlı yayılan məlumatlara reaksiya verməyə tələsdi. ABŞ diplomatik missiyasının cavabında deyilirdi: “ABŞ və Ermənistan arasında əməkdaşlığın artırılmasına yönəlmiş “Eagle Partner 2024” təlimləri iyulun 24-də uğurla başa çatmışdır. Biz təsdiq edə bilərik ki, Amerikanın bütün texnikası və şəxsi heyəti Ermənistanı tərk etmişdir”.

Ancaq Caliber.az saytı yazır ki, “Eagle Partner 2024” təlimi iyulun 15-dən 24-dək Ermənistanda keçirilmişdi. ABŞ Hərbi Hava Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri isə Ermənistana avqustun əvvəlində gəlmişdi. Yəni səfirlik saytın məlumatına reaksiya verdi, amma bu reaksiya tamamilə mövzudan kənar oldu. Beləliklə, ABŞ səfirliyi Caliber.az saytının təqdim etdiyi məlumatları təkzib edə bilmədi. Görünən odur ki, ortada region ictimaiyyətini çaşdırmaq üçün nəzərdə tutulmuş təxribatçı manevr etmək cəhdi var.

Dünən isə Caliber.az-ın redaksiyası “Zvartnots” İrəvan hava limanına enən hərbi-nəqliyyat təyyarələrindən birinin fotolarını ictimaiyyətə açıqladı. Caliber.az-a avqustun 2-3-də Ermənistana gələn amerikalı hərbçilərin irəli çəkilmə marşrutu və dəqiq yerləşdirmə yeri də məlumdur. Belə ki, fotoda göstərilən təyyarə Qətərdən havaya qalxaraq Gürcüstanın hava məkanından Ermənistan ərazisinə daxil olmuşdur. 2 gün əvvəl rus sərhədçilərinin ehtiyatla geri çəkildiyi "Zvartnots"da, bu Amerika hərbi daşıyıcısından ABŞ Silahlı Qüvvələrinin silahları və şəxsi heyəti olan 3 konteyner boşaldıldı və sonrakı yerləşdirmə ərazisinə göndərildi.

Caliber.az saytı xəbərdarlıq edir ki, ABŞ səfirliyi və erməni tərəfi aşkar olanı inkar etməyə davam edəcəyi təqdirdə, redkasiya ABŞ müdafiə naziri Lloyd Ostinin tabeçiliyində olan hərbçilərin Ermənistanda qalması ilə bağlı yeni təfərrüatları təqdim edəcək. Sayt bildirir ki, əlində materiallar var, lakin həmin məlumatları hissə-hissə dərc edəcək. O ümidlə ki, amerikalı tərəfdaşlar saytın mövzu ilə bağlı yaydığı məlumatları Azərbaycan vətəndaşlarına əvvəlkindən daha səmimi şəkildə şərh etmək arzusunda olacaqlar.

Çox maraqlıdır, Tehranın “qırmızı xətləri”, Ermənistanın ərazi bütövlüyü və Cənubi Qafqazda qeyri-regional qüvvələrin mövcudluğunun yolverilməzliyi barədə “tezislərini” yorulmadan təkrarlayan İranın Ermənistandakı səfirinin reaksiyası necə olacaq? Caliber.az yazır: “Mifik İsrail hərbi bazalarını Azərbaycanda həvəslə axtaran bir sıra iranlı deputatların, ictimai xadimlərin və politoloqların reaksiyası da maraqlıdır. Onlara demək istədiyimiz budur: siz Azərbaycanda heç vaxt olmamış İsrail bazalarını axtararkən, erməni dostlarınız artıq Amerika əsgərlərini sərhədlərinizə gətiriblər. Doğru yerdə axtarmırsınız, cənablar”.




Artilleriya bölmələri ilə nümunəvi döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

Xəbər xətti

Macarıstan Borrelin Rusiyanı Qərb silahları ilə vurmaq çağırışını pisləyib
00:00 29.08.2024
DİN-dən xəbərdarlıq: Kibercinayətkarlar yeni üsullarla oğurluqlara başlayıb
23:41 28.08.2024
Sabah Lerikin 42 kəndində qaz kəsiləcək
22:40 28.08.2024
Rusiya 92 ABŞ vətəndaşına ölkəyə giriş qadağası qoyub
22:00 28.08.2024
NATO ölkələri Ukraynaya hərbi yardımın artırılmasını təsdiqləyib
21:32 28.08.2024
Ekspert: "Transxəzər dəhlizi Hind okeanından keçən ənənəvi dəniz yoluna etibarlı alternativdir"
21:00 28.08.2024
Naxçıvan istiqamətində Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutulub
20:50 28.08.2024
Agentlik vətəndaşa xəstə qoyunlar verib?
20:33 28.08.2024
Türkiyədə siyasi partiyaların sayı 151-ə çatdı
20:00 28.08.2024
Pavel Durov həbsdən azad olundu - Təcili
19:31 28.08.2024
“İslami Cihad” hərəkatının üzvü öldürüldü
19:00 28.08.2024
Deputat yanğın söndürür... - Fotolar - Video
18:35 28.08.2024
Zaxarova: Rusiya Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiyası proqramı ilə tanışdır
18:28 28.08.2024
Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
10:25 28.08.2024
Yüzlərlə İsrail hərbçisi İordan çayının qərb sahilindəki əməliyyatda iştirak edir
Yüzlərlə İsrail hərbçisi İordan çayının qərb sahilindəki əməliyyatda iştirak edir
10:04 28.08.2024
Müharibə döyüş taktikasında inqilab etdi - Medvedyev
00:00 28.08.2024
Ermənilərin “Arbat” batalyonu döyüşə qatıldı
23:40 27.08.2024
Ceyhun Bayramov: Bu ilin sonunadək 20 mindən çox keçmiş məcburi köçkünün öz torpağına geri dönməsi gözlənilir
23:00 27.08.2024
COP29-un Təşkilat Komitəsinin sədrinin rəhbərliyi ilə Komitənin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər
22:37 27.08.2024
Stoltenberq Ukrayna-NATO Şurasının iclasını çağıracaq
22:00 27.08.2024
Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcək
21:33 27.08.2024
Hakan Fidan: Türkiyə və Azərbaycan bundan sonra da yaxşı və pis günlərdə bir yerdə olacaq
21:00 27.08.2024
Azərbaycan XİN başçısı: Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir
20:40 27.08.2024
Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
20:00 27.08.2024
Rusiya Ukraynanın bu şəhərini də işğal etdi
19:44 27.08.2024
Türkiyədə azərbaycanlı sabiq deputat vəfat etdi
19:22 27.08.2024
Yaponiyada 230-dan çox aviareys ləğv olunur
19:00 27.08.2024
Gürcüstan prezidenti rəsmi olaraq parlament seçkilərini oktyabrın 26-na təyin edib
18:40 27.08.2024
Vətəndaşların Dövlət Vergi Xidmətinə faktiki şikayətlərinin sayı 13 % azalıb
18:11 27.08.2024
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
18:00 27.08.2024
Ukrayna səfiri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
Ukrayna səfiri Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
17:40 27.08.2024
Polşalı məşhur qapıçı karyerasını başa vurub
17:20 27.08.2024
Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq
Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində Neftçilər prospekti nəqliyyata məhdudlaşacaq
17:11 27.08.2024
Azərbaycan klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib
Azərbaycan klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib
16:00 27.08.2024
BPA-nın Baş katibi: 400-dən çox xarici qonaq Azərbaycana səfər edəcək
15:30 27.08.2024
Kreml: Durovun işi siyasi xarakterli ola bilər
15:00 27.08.2024
Hindistanın Baş naziri Putinlə ikitərəfli tərəfdaşlığı müzakirə edib
Hindistanın Baş naziri Putinlə ikitərəfli tərəfdaşlığı müzakirə edib
14:30 27.08.2024
Muxtar Babayev Tonqanın Baş naziri ilə görüşüb
Muxtar Babayev Tonqanın Baş naziri ilə görüşüb
14:00 27.08.2024
Bakıda ərini öldürməyə cəhd etməkdə şübhəli bilinən qadın saxlanılıb
13:25 27.08.2024
Füzulidə “Özbəkistan-Azərbaycan Dostluq Bağları” layihəsi icra ediləcək
Füzulidə “Özbəkistan-Azərbaycan Dostluq Bağları” layihəsi icra ediləcək
13:00 27.08.2024
Hamısı