ABŞ şirkətləri Qazaxıstanda kritik minerallar sahəsini inkişaf etdirməkdə maraqlıdır.
Ednews xəbər verir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfiri Daniel Rozenblum məlumat verib.
O, amerikalı investorlar üçün yeni istiqamətləri inkişaf etdirməyə çalışdıqlarını bildirib:
“Bunlardan biri kritik minerallar və ya strateji əhəmiyyətli faydalı qazıntılar sahəsidir ki, Qazaxıstan hökuməti də bu sahəyə sərmayə cəlb etməkdə maraqlıdır. Artıq ABŞ şirkətlərinin maraq göstərdiyini və kəşfiyyat işləri aparmaq üçün buraya gəlməyi planlaşdırdığını görürük. Ümid edirik ki, bu sahə də inkişaf edəcək”.