Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada türkmənistanlı həmkarı Rəşid Meredovla görüşüb.
Ednews xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, nazirlər ikitərəfli və regional məsələləri müzakirə ediblər.
Xatırladaq ki, R.Meredov Türkiyədə iki günlük səfərdədir.