Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3967 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Onlardan 3959 nəfəri birinci Qarabağ müharibəsində, 8 nəfər isə Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş şəxslərdir. Vətən müharibəsi və sonrakı dövrdə itkin düşmüş 8 nəfərdən 2-nin şəxsiyyəti eyniləşdirilib.
Hazırda Vətən müharibəsində itkin düşənlərin sayı 6 nəfərdir.
I Qarabağ müharibəsində itkin düşən 3959 nəfərdən 3193 nəfəri hərbçilər, 766 nəfər (69 uşaq, 283 qadın, 334 qoca) mülki şəxsdir. İtkin düşən şəxslərdən 3676 nəfər kişi, 283 nəfər isə qadındır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 151 nəfər itkin şəhidin şəxsiyyəti müəyyən edilib.