Qəzza bölgəsində davam edən hərbi münaqişələr İsrail Prezidenti Benjamin Netanyahu və Fransa Prezidenti Emmanuel Makron arasındakı ziddiyyətləri artırıb. Belə ki, Fransa Prezidentinin bu günlərdə işlətdiyi " Netanyahu unutmamalıdır ki, İsrail BMT-nin qərarıyla qurulub" ifadəsinə cavab verən Netanyahu bu bəyanatın Cənab Makronun tarix biliyinin qənaətbəxş olmamağından qaynaqlandığını bildirib. İsrail Prezidenti əlavə edib:
"Bu, tarixdən məlumatsızlığı və hörmətsizliyi göstərir. BMT yəhudi xalqının dövlət hüququnu tanıyıb, amma bu onun dövləti yaratdığı mənasına gəlmir. İsrail Müstəqillik Müharibəsi nəticəsində dövlətçilik əldə edib. Cənab Makrona xatırlatmaq istərdim ki, İsrail dövləti Holokostdan, həmçinin Fransada o dövrdə hökm sürən Vişi rejimindən sağ qurtulan yəhudilər tərəfindən qurulub".
Xatırladaq ki, Fransa Prezidenti Nazirlər Şurasının qapalı iclasında Netanyahunu BMT qərarlarına diqqət yetirməyə çağırıb. O deyib ki, İsrail BMT-nin qərarı ilə yaradılıb.