Ermənistan 2026-cı ildə BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi edəcək.
EDnews xəbər verir ki, bu barədə Konvensiya Katibliyinin “X” sosial şəbəkəsindəki məlumatında bildirilib.
Qərar hazırda Kolumbiyada keçirilən COP16-nın nəticələrinə əsasən qəbul edilib.
Qeyd edək ki, COP16 iqlim konfransı oktyabrın 21-dən noyabrın 1-dək Kolumbiyanın Kali şəhərində keçirilir.