"Erməni tərəfi şikayətlərlə bütün beynəlxalq təşkilatları bezdirib" Azərbaycan prezidenti Bişkek sammitində Sarkisyanı susdurub

Siyasət 16:01 17.09.2016
 MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən məhdud tərkibli iclasında Ermənistan prezidenti Serj Sarkisyan bu ilin aprelində cəbhə bölgəsində baş vermiş hadisələrlə bağlı Azərbaycandan şikayət xarakterli çıxış edib. O bu hadisələr zamanı Azərbaycanın guya atəşkəs rejimini pozduğunu deyib.
 
Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus prezidenti Aleksandr Lukaşenko çıxış etməli olsa da, prezident İlham Əliyev Belarus prezidentindən xahiş edib ki, ona danışmaq üçün imkan versin. Belarus prezidentinin razılığından sonra çıxış edən prezident İlham Əliyev Ermənistan prezidentinə tutarlı və sərt cavab verib.
 
 Ermənistan prezidentindən sonra əlifba sırası ilə Belarus prezidenti Aleksandr Lukaşenko çıxış etməli olsa da, prezident İlham Əliyev Belarus prezidentindən xahiş edib ki, ona danışmaq üçün imkan versin. Belarus prezidentinin razılığından sonra çıxış edən prezident İlham Əliyev Ermənistan prezidentinə tutarlı və sərt cavab verib: "Ermənistan prezidentinin sözlərinə şərh verməyi özümə borc bildim. Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə, bunu şərh etməyi özümə borc saydım.
 
Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib. Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır - bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib - sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda, bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu.
 
Beynəlxalq təşkilatlar bu məsələnin necə tənzimlənməli olduğunu çox dəqiq anlayır. Ali beynəlxalq struktur var - BMT Təhlükəsizlik Şurası. Bu strukturdan yüksəyi yoxdur. Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində dörd qətnamə qəbul edib. Həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr yerinə yetirilmir. Ermənistan onlara məhəl qoymur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır. Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir.
 
Biz sülh prosesinə sadiqik. Biz konstruktiv işləyirik. Minsk qrupu mövcuddur. Amma erməni tərəfi bu formatdan yalnız danışıqlar prosesinin sonsuz olması üçün istifadə edir. Onlar sülh istəmirlər. Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Reallıqlar bundan ibarətdir. Buna görə mən Ermənistan prezidentinin növbəti yersiz şikayətini nəzərə alaraq, bir daha bunları həmkarlarımızın diqqətinə çatdırmağı özümə borc bildim".
 
Serj Sarkisyanın "Yalana cavab verməyin sadəcə mənası yoxdur" replikasına isə Azərbaycan prezidenti "Mən yalana artıq cavab verdim" sözləri ilə reaksiya verib.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı