“Ümumiyyətlə, belə təəssürat yaranır ki, Venesiya Komissiyasının rəyi siyasi sifarişdir. Ona görə ki, bu rəy tələsik hazırlanıb. Referendum Aktı layihəsi iyunun 18-də dərc edilib. AŞPA sədrinin Venesiya Komissiyasına məktubu referendum gününə 20 gün qalmış təqdim edilib."
Bunu Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.
O bildirib ki, siyasi sifarişi AŞPA-da təmsil olunan deputatlar həyata keçiriblər.
“Biz Venesiya Komissiyası ilə bu cür işləməmişik. Komissiyanın plenar iclasına qədər Azərbaycan hökumətinin rəyi olacaq”, - Ş.Əliyev vurğulayıb.
O qeyd edib ki, bu rəylə bağlı Azərbaycan Prezident Administrasiyası ilə əlaqə saxlanılmayıb, bizim mövqeyimiz öyrənilməyib: "Biz bundan təəssüf hissi keçiririk. Bir sözlə, Venesiya Komissiyasının rəyi ilə bağlı prosedur qaydaları pozulub. Bu, Avropa Şurası daxilində gedən siyasi proseslərin nəticəsdir, aysberqin görünməyən tərəfidir”.